Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestri başlayıb.
“Tehsil365" xəbər verir ki, yaz semestri ölkənin bütün dövlət və özəl ali təhsil müəssisələrində qüvvədə olan akademik təqvimə uyğun olaraq təşkil olunur.
Akademik təqvimə əsasən, yaz semestri mayın 31-də başa çatacaq.
Qeyd edək ki, universitetlərdə dərslər ənənəvi formada keçirilir. Yaz semestrinin başa çatmasından sonra ali təhsil müəssisələrində yay imtahan sessiyası təşkil olunacaq.

