Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-ci tədris ilinin yaz semestri başlayıb.
BMU-dan “Tehsil365"ə bildirilib ki, universitetin Akademik təqviminə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 30 may tarixinə qədər davam etdirilməsi nəzərdə tutulub.
Yaz semestrinin imtahan sessiyasının isə 01 iyun-04 iyul tarixlərində keçirilməsi planlaşdırılır. 2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.

