Təhsil 365 - Logo Mobile

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçirilib - FOTO

8916.02.2026 - 12:20
Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya keçirilib - FOTO

UNESCO tərəfindən təsis edilən Beynəlxalq Ana Dili Günü münasibətilə AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi sessiya keçirilib.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbir ana dilimizin qorunmasına, zənginləşdirilməsinə və müasir çağırışlar fonunda inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Elmi sessiyanı açan institutun direktoru professor Nadir Məmmədli ana dilinin milli kimliyin əsas dayaqlarından biri olduğunu vurğulayaraq Azərbaycan dilinin tarixi inkişaf yolundan, dövlət dili statusunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən və qloballaşma şəraitində dilimizin qorunması ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edib. O qeyd edib ki, ana dilinin saflığının qorunması, elmi əsaslarla tədqiqi və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının vətəndaşlıq borcudur.

Sessiyada professor Sayalı Sadıqova “İlham Əliyev və dövlət dilinin inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində sərəncam və fərmanlarının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü dil siyasəti Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına, terminoloji bazanın zənginləşməsinə və normativ bazanın təkmilləşməsinə mühüm töhfələr verib.

Dosent Xədicə Heydərova “Ana dilimizin saflığı; tarixi köklər və müasir çağırışlar” mövzusunda çıxış edərək Azərbaycan dilinin qədim tarixi köklərindən, ədəbi dil normalarının formalaşma mərhələlərindən və müasir dövrdə dilə təsir edən amillərdən danışıb. O, xüsusilə informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması fonunda ədəbi dil normalarının qorunmasının aktuallığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü isə “Mediada Azərbaycan dili” mövzusunda çıxış edib. O, mətbuatda dil mədəniyyətinin vəziyyəti, leksik norma və üslub məsələləri barədə fikirlərini bölüşüb.

Sessiyada dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər ana dilimizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edilib. Çıxışlarda Azərbaycan dilinin elmi istiqamətdə tədqiqinin genişləndirilməsi, terminologiya sahəsində vahid yanaşmanın formalaşdırılması və gənc nəslin dil mədəniyyətinin yüksəldilməsi kimi məsələlər xüsusi vurğulanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Niyə yumurtanı bütöv yemək lazımdır?16.02.2026 - 16:10
Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat16.02.2026 - 16:00
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 35 %-ə yaxın artıb16.02.2026 - 15:52
Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq imkanları müzakirə edilib16.02.2026 - 15:33
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib16.02.2026 - 15:21
Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi16.02.2026 - 15:13
Yeməməli olduğunuz zərərli dənli bitkilər 16.02.2026 - 15:05
“X”in fəaliyyətində problem yarandı16.02.2026 - 15:00
Ağdamda məktəb fəaliyyətə başladı16.02.2026 - 14:56
AzMİU ilə Macarıstan Universiteti əməkdaşlıq edəcək16.02.2026 - 14:45
Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur16.02.2026 - 14:30
Bakını duman bürüyəcək: Fevralın 17-sinin hava proqnozu16.02.2026 - 14:20
2026-dan “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə qəbul aparılacaq16.02.2026 - 14:02
Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK16.02.2026 - 14:00
Dövlət hesabına xaricdə təhsil hüququ qazanan bu qədər şəxs imtina edib 16.02.2026 - 13:56
“IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib - FOTO16.02.2026 - 13:50
Azərbaycan kardiologiya üzrə beynəlxalq elmi sessiyada təmsil olunub16.02.2026 - 13:40
Onuncu “DokuBaku” beynəlxalq festivalı filmlərin qəbulunu elan edir16.02.2026 - 13:30
“Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı nəşr edilib16.02.2026 - 13:20
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri başlayıb - FOTO16.02.2026 - 13:10
BMU-da əcnəbi tələbələrin sayı və coğrafiyası əhəmiyyətli dərəcədə artıb16.02.2026 - 12:57
Azərbaycanda proqram təminatı üzrə mühəndislər hazırlanacaq16.02.2026 - 12:45
Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir - FOTO16.02.2026 - 12:32
BDU-da peptid təbiətli antibiotiklərin tətbiqi ilə bağlı araşdırmalar aparılır - FOTO16.02.2026 - 12:10
Gənc arxeoloqların yeni platforması: Arxeoloji Dərnək fəaliyyətə başlayır16.02.2026 - 11:54
Geomaqnit qasırğası olacaq 16.02.2026 - 11:44
Sabah hava necə olacaq? 16.02.2026 - 11:32
UNEC Dizayn Məktəbində PBL modeli tətbiq olunacaq16.02.2026 - 11:21
Uşaq incəsənət məktəblərində müəllimlərin bilikləri müasir metodlarla yoxlanılacaq16.02.2026 - 11:11
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq16.02.2026 - 11:00
Fevralın 18-də TOEFL iBT imtahanı keçiriləcək16.02.2026 - 10:50
AzMİU-da WUF13 çərçivəsində workshop keçirilib - FOTOLAR16.02.2026 - 10:40
Azərbaycan universitetlərində IT sahəsində qlobal əməkdaşlıq genişlənir16.02.2026 - 10:30
BMU-da yaz semestri başlayıb - FOTO16.02.2026 - 10:20
Eksternat imtahanlarında 1 282 nəfər müsbət nəticə göstərib16.02.2026 - 10:10
“Onlayn dərslər əyani təhsili əvəz edə bilməz” – Təhsil eksperti Elçin Süleymanov16.02.2026 - 09:55
Beyin fəaliyyətindəki fərqlər uşaqların riyaziyyat performansını təsir edir16.02.2026 - 09:43
Universitetlərə qəbul imtahanı üçün qeydiyyat başlayır16.02.2026 - 09:30
Təhsil, innovasiya və dayanıqlılıq eyni platformada: 29 ali təhsil müəssisəsi Mingəçevir Dövlət Universitetinin keyfiyyət forumunda16.02.2026 - 09:17
Dövlət Proqramına sənəd qəbulu bu tarixdə başlayır16.02.2026 - 09:06
Dumanlı hava 2 gün davam edəcək 16.02.2026 - 08:54
Magistraturaya qəbulun nəticələri sabah açıqlanacaq? - DİM-dən cavab16.02.2026 - 08:43
Tel-Əviv və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 08:30
Ali məktəblərdə yaz semestri başladı16.02.2026 - 08:21
Ramazanda məktəblilər məscidlərə aparılacaq16.02.2026 - 08:09
Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz16.02.2026 - 07:57
Yuxuda arıqlamağın sirri: Niyə saat 23:00-dan tez yatmaq vacibdir?16.02.2026 - 07:46