Təhsil 365 - Logo Mobile

Nazir IV Aqrar Startaplar və İnnovasiya Forumunda

3216.02.2026 - 16:43
Nazir IV Aqrar Startaplar və İnnovasiya Forumunda

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib.

“Tehsil365” Qafqazinfo-a istinadən xəbər verir ki, forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.

Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.

IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.

Sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 90-dan çox startapçı 43 innovativ məhsulla təmsil olunub. Eyni zamanda 20 ali təhsil müəssisəsi, 20-dən artıq akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər öz məhsul və xidmətlərini təqdim ediblər.

Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.

Forumun rəsmi açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatına artan marağı nəzərə alaraq, bu sərginin xüsusi əhəmiyyəti vardır: “ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yaradılmasından artıq iki ildən çox vaxt keçir. Bu müddət ərzində fakültənin inkişafında belə təşəbbüs və platformaların rolu əvəzsizdir. Sərgi çərçivəsində startap layihələrinin stendlərini izləyərkən tələbələrimizin öz işlərini böyük həvəslə və inamla təqdim etməsi gənclərin bu sahəyə olan sevgisinin və marağının bariz göstəricisidir”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyat innovasiya əsaslı inkişaf modelinə keçir: “Azərbaycan da dünya iqtisadi sisteminə inteqrasiya prosesində iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında innovativ və rəqəmsal yanaşmaların tətbiqini genişləndirir”.

Kənd Təsərrüfatı Nazirliyinin startap ekosisteminin inkişafına xüsusi diqqət yetirdiyini deyən nazir, gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə müsabiqələr, hakatonlar və innovativ layihələr həyata keçirildiyini bildirib. O əlavə edib ki, nazirlik tərəfindən aqrar startaplara göstərilən mövcud dəstək tədbirləri ilə yanaşı, aqrar startap ekosisteminin genişləndirilməsi və fermerlərin innovativ xidmətlərdən istifadəsinin təşviqi planlaşdırılır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətinə toxunub, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişiklikləri fonunda resurslardan səmərəli istifadənin vacibliyinə, süni intellekt əsaslı həllərin tətbiq perspektivlərinə diqqət çəkib.

O bildirib ki, forumda iştirak edən startapçılar may ayında keçiriləcək Caspian Agro – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində öz innovativ həllərini təqdim edəcəklər.

Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub və uğurlu startapçılar forum iştirakçılarına öz innovativ layihələrinin təqdimatını həyata keçiriblər.

Daha sonra akselerasiya və inkubasiya mərkəzlərində mentorluq dəstəyi alan və layihələrini təkmilləşdirən startapçılar sertifikatlarla təltif olunublar.

Forum çərçivəsində həmçinin “Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması və investisiya mühitinin təkmilləşdirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Zəhra Ağayeva

Xəbər Lenti

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq16.02.2026 - 19:35
Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər16.02.2026 - 19:25
Mövcud qiymətləndirmə sistemi şagirdlərin real bilik səviyyəsini ölçə bilirmi? – Ekspert danışdı16.02.2026 - 19:15
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb16.02.2026 - 19:10
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub16.02.2026 - 19:00
Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib16.02.2026 - 18:50
Vitaminlər donmurmuş: Həqiqət ortaya çıxdı16.02.2026 - 18:45
"Telegram"da rekord sayda kanal bağlandı16.02.2026 - 18:40
AzMİU-da WUF13 çərçivəsində tələbələr üçün beynəlxalq tematik təlim keçirilib16.02.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib16.02.2026 - 18:25
Təl-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 18:17
Berlində Azərbaycan Kino Günləri keçirilib16.02.2026 - 18:11
MƏDƏNİYYƏT “İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb16.02.2026 - 18:05
Ramin Nurəliyev: “İngilis dilində tədris olunan ixtisaslar üçün foundation kursu vacibdir”16.02.2026 - 18:00
Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək16.02.2026 - 17:50
Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb16.02.2026 - 17:40
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşa -“Pul əhvalatı”16.02.2026 - 17:35
"5-dən 30-a İntellektual Festival" layihəsi baş tutub16.02.2026 - 17:31
Xaricdə təhsil üçün yeni imkanlar - 33 ölkədə 231 universitet, 500 yer16.02.2026 - 17:27
BDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübələri başlanır16.02.2026 - 17:25
Sabah ilin ilk Günəş tutulması olacaq16.02.2026 - 17:19
BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi16.02.2026 - 17:17
Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib16.02.2026 - 17:12
Rektorun elmlər doktorluğu da ləğv olunub? - Açıqlama16.02.2026 - 17:09
ADPU-da magistrantların təcrübə dövrünə həsr olunmuş konfrans keçirilib16.02.2026 - 17:08
Macarıstanın Azərbaycandakı səfirin nümayəndələri ADNSU-da 16.02.2026 - 17:02
Hərbi hazırlıq müəllimi işləmək istəyənlər üçün müsabiqə elan edilib16.02.2026 - 17:00
Rusiyadan azərbaycanlılara şok qadağa16.02.2026 - 17:00
4 manatlıq məhsul xərçəngin dərmanıdır16.02.2026 - 16:52
Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?16.02.2026 - 16:39
Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən müəllimlərin imtahan verməsi qaydası dəyişir16.02.2026 - 16:33
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur16.02.2026 - 16:28
Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki16.02.2026 - 16:22
“Dostlar bizi xatırlasın. Əlvida”16.02.2026 - 16:14
Niyə yumurtanı bütöv yemək lazımdır?16.02.2026 - 16:10
Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat16.02.2026 - 16:00
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 35 %-ə yaxın artıb16.02.2026 - 15:52
Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq imkanları müzakirə edilib16.02.2026 - 15:33
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib16.02.2026 - 15:21
Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi16.02.2026 - 15:13
Yeməməli olduğunuz zərərli dənli bitkilər 16.02.2026 - 15:05
“X”in fəaliyyətində problem yarandı16.02.2026 - 15:00
Ağdamda məktəb fəaliyyətə başladı16.02.2026 - 14:56
AzMİU ilə Macarıstan Universiteti əməkdaşlıq edəcək16.02.2026 - 14:45
Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur16.02.2026 - 14:30
Misirdə 10 min illik sirr üzə çıxdı 16.02.2026 - 14:25
Bakını duman bürüyəcək: Fevralın 17-sinin hava proqnozu16.02.2026 - 14:20