Təhsil 365 - Logo Mobile

Macarıstanın Azərbaycandakı səfirin nümayəndələri ADNSU-da

6216.02.2026 - 17:02
Macarıstanın Azərbaycandakı səfirin nümayəndələri ADNSU-da

Fevralın 16-da Macarıstan Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Səfər çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq imkanları, elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi və yeni ortaq təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə edilib.

“Tehsil365 “ xəbər verir ki, nümayəndə heyətinə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma rəhbərlik edib. Heyətin tərkibində Macarıstanın Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni, Pannoniya Universiteti Fondunun Müşahidə Şurasının sədri Zoltan Birkner, Macarıstan Səfirliyinin Təhsil və Mədəniyyət üzrə diplomatı Monika Felföldi, eləcə də Macarıstanın “MVM Upstream Private Limited Company” şirkətinin Azərbaycan filialının baş icraçı direktoru Yojef Qoldfarb yer alıblar.

ADNSU nun rektoru, dosent Rüfət Əzizovla qonaqlar arasında keçirilən görüşdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov və struktur bölmə rəhbərləri də iştirak ediblər.

Görüş zamanı rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, tədris imkanları, elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, ADNSU ilə Macarıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və universitetin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Səfir Tamaş Yojef Torma Azərbaycan və Macarıstan arasında mövcud dostluq münasibətlərindən bəhs edib, iqtisadi və diplomatik əlaqələrin inkişafı ilə yanaşı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətləri diqqətə çatdırıb.

Görüşdə birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi rəhbərlik əsasında gənc tədqiqatçıların hazırlanması, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, qarşılıqlı akademik əlaqələrin dərinləşdirilməsi və hər iki universitet üçün faydalı olacaq yeni təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Nümayəndə heyəti səfər çərçivəsində ADNSU-da Tarix Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası, kompüter otaqları və UFAZ laboratoriyaları ilə tanış olublar, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanlarını yüksək qiymətləndiriblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq16.02.2026 - 19:35
Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər16.02.2026 - 19:25
Mövcud qiymətləndirmə sistemi şagirdlərin real bilik səviyyəsini ölçə bilirmi? – Ekspert danışdı16.02.2026 - 19:15
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb16.02.2026 - 19:10
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub16.02.2026 - 19:00
Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib16.02.2026 - 18:50
Vitaminlər donmurmuş: Həqiqət ortaya çıxdı16.02.2026 - 18:45
"Telegram"da rekord sayda kanal bağlandı16.02.2026 - 18:40
AzMİU-da WUF13 çərçivəsində tələbələr üçün beynəlxalq tematik təlim keçirilib16.02.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib16.02.2026 - 18:25
Təl-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 18:17
Berlində Azərbaycan Kino Günləri keçirilib16.02.2026 - 18:11
MƏDƏNİYYƏT “İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb16.02.2026 - 18:05
Ramin Nurəliyev: “İngilis dilində tədris olunan ixtisaslar üçün foundation kursu vacibdir”16.02.2026 - 18:00
Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək16.02.2026 - 17:50
Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb16.02.2026 - 17:40
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşa -“Pul əhvalatı”16.02.2026 - 17:35
"5-dən 30-a İntellektual Festival" layihəsi baş tutub16.02.2026 - 17:31
Xaricdə təhsil üçün yeni imkanlar - 33 ölkədə 231 universitet, 500 yer16.02.2026 - 17:27
BDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübələri başlanır16.02.2026 - 17:25
Sabah ilin ilk Günəş tutulması olacaq16.02.2026 - 17:19
BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi16.02.2026 - 17:17
Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib16.02.2026 - 17:12
Rektorun elmlər doktorluğu da ləğv olunub? - Açıqlama16.02.2026 - 17:09
ADPU-da magistrantların təcrübə dövrünə həsr olunmuş konfrans keçirilib16.02.2026 - 17:08
Rusiyadan azərbaycanlılara şok qadağa16.02.2026 - 17:00
Hərbi hazırlıq müəllimi işləmək istəyənlər üçün müsabiqə elan edilib16.02.2026 - 17:00
4 manatlıq məhsul xərçəngin dərmanıdır16.02.2026 - 16:52
Nazir IV Aqrar Startaplar və İnnovasiya Forumunda16.02.2026 - 16:43
Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?16.02.2026 - 16:39
Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən müəllimlərin imtahan verməsi qaydası dəyişir16.02.2026 - 16:33
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur16.02.2026 - 16:28
Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki16.02.2026 - 16:22
“Dostlar bizi xatırlasın. Əlvida”16.02.2026 - 16:14
Niyə yumurtanı bütöv yemək lazımdır?16.02.2026 - 16:10
Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat16.02.2026 - 16:00
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 35 %-ə yaxın artıb16.02.2026 - 15:52
Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq imkanları müzakirə edilib16.02.2026 - 15:33
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib16.02.2026 - 15:21
Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi16.02.2026 - 15:13
Yeməməli olduğunuz zərərli dənli bitkilər 16.02.2026 - 15:05
“X”in fəaliyyətində problem yarandı16.02.2026 - 15:00
Ağdamda məktəb fəaliyyətə başladı16.02.2026 - 14:56
AzMİU ilə Macarıstan Universiteti əməkdaşlıq edəcək16.02.2026 - 14:45
Gürcüstanda universitet çoxdur, keyfiyyət isə yoxdur16.02.2026 - 14:30
Misirdə 10 min illik sirr üzə çıxdı 16.02.2026 - 14:25
Bakını duman bürüyəcək: Fevralın 17-sinin hava proqnozu16.02.2026 - 14:20