Fevralın 16-dan Bakı Dövlət Universitetinin (BDU) 1500-ə yaxın buraxılış kurs tələbəsi üçün istehsalat təcrübəsi başlanır.
“Tehsil365” in məlumatına görə, tələbələr Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, müxtəlif nazirliklər, dövlət komitələri, AMEA-nın institutları, SOCAR, "bp-Azərbaycan" və digər nüfuzlu dövlət və özəl qurumlarda təcrübə keçəcəklər. Təcrübə yerləri sırasına, həmçinin səfirliklər, banklar, media qurumları və beynəlxalq şirkətlər də daxildir.

