Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi,Xəzər İntellektual Gənclər Klubunun tərəfdaşlığı ilə “5-dən 30-a İntellektual Festival” layihəsi baş tutmuşdur.
“Tehsil365” xəbər verir ki, İntellektual yarış ümumlikdə 3 turdan ibarət olmuş,16 komanda sağlam mübarizə aparmışdır.
Turlar arasında kofe fasiləsi,fərqli oyunlar keçirilmişdir.
Sonda qalib komandalar 3 yerə layiq görülmüşdür,Mükafatlandırma mərasimində Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VIvə VII çağırış deputatı Ceyhun Məmmədov və layihə rəhbəri Gülər Məlikzadə iştirak etmiş və gəncləri mükafatlandırmışdır,eyni zamanda Ceyhun Məmmədov qaliblərə “Gənclərə tövsiyyələr”adlı kitabını hədiyyə etmişdir.

