Təhsil 365 - Logo Mobile

BMU-nun 12 tələbəsi beynəlxalq “IT SkillSprint” proqramına seçilib

9317.02.2026 - 07:23
BMU-nun 12 tələbəsi beynəlxalq “IT SkillSprint” proqramına seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramına qəbul olunub.

“Tehsil365" xəbər verir ki, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir.

BMU-nu proqramda İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter elmləri ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələri təmsil edirlər. Seçilmiş tələbələr arasında Sədat Musayev, Çiçək Abdullayeva, Elşad Kasimov, Fidail Vəliyev, Rauf Cəfər, Adil Həsənov, Ağa Hacıyev, İsmayıl Abdullayev, Ruzi Xancanov, Ülvi Hacıyev, Nihad Bağırzadə və Mikayıl Quliyev yer alır.

Fevralın 16-da proqramın açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti Ironhackin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə çıxış edən rəsmilər proqramın ali təhsil ilə əmək bazarı arasında effektiv əməkdaşlıq modeli olduğunu vurğulayıblar. Qeyd edilib ki, təşəbbüs iştirakçılara həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli bilik və bacarıqlar qazandıracaq.

Məlumata görə, proqrama 1100-dən çox müraciət daxil olub, seçim mərhələsini isə 123 nəfər uğurla keçib. BMU-nun 12 tələbəsinin bu siyahıda yer alması universitetin informasiya texnologiyaları sahəsində hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.

Proqram “DevOps və Cloud Computing”, “Data və AI”, “Cybersecurity” və “Web Development” istiqamətlərini əhatə edir. “Bootcamp” formatında həyata keçiriləcək proqram tələbələrə real layihələr üzərində işləmək, portfel formalaşdırmaq və hakatonlar, karyera sərgiləri, şəbəkələşmə tədbirləri vasitəsilə əmək bazarına inteqrasiya imkanları qazandıracaq. Tədris 2026-cı ilin fevral–iyul aylarında olmaqla 6 ay davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkətinin sertifikatı ilə təltif olunacaqlar

Zeynəb Quluyeva

Xəbər Lenti

İdris İsayev Xırdalanda vətəndaşları qəbul edəcək - FOTO17.02.2026 - 10:10
“Region məktəbləri şəhər məktəblərinə nisbətən şanssızdır” – Təhsil eksperti Məzahir Məmmədli17.02.2026 - 09:57
“Zəif bacarıqları olan şagirdlər üçün fərdi dəstək planları hazırlanmalıdır” - Mütəxəssis Süleyman Tağıyev17.02.2026 - 09:45
Sosial şəbəkələr uşaqlara ən çox təsir göstərən amillərdəndir17.02.2026 - 09:36
Uşaqların hüquqlarına dair müraciətlər operativ araşdırılır17.02.2026 - 09:25
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə17.02.2026 - 09:11
Hər gün bir yumurta yeməyin orqanizmə inanılmaz faydaları17.02.2026 - 08:58
Emin Əmrullayev Mərakeş Krallığında rəsmi səfərdədir17.02.2026 - 08:45
Naxçıvanda müəllim vəfat edib17.02.2026 - 08:31
Yeni paltarları ilk dəfə geyinməzdən əvvəl yuyun - SƏBƏB17.02.2026 - 08:19
Azərbaycanda şair vəfat etdi – FOTO17.02.2026 - 08:06
DSX Akademiyasına kimlər müraciət edə bilər? 17.02.2026 - 07:55
Məktəbdə kütləvi zəhərlənmə baş verib17.02.2026 - 07:42
Gec yemək ürəyə zərər verə bilər - alimlərdən XƏBƏRDARLIQ17.02.2026 - 07:34
Bu gün hava necə olacaq? - PROQNOZ17.02.2026 - 07:10
Qaradağlı kəndindəki qətliamdan 34 il ötür17.02.2026 - 07:00
2002-ci ildə fransız frankı dövriyyədən çıxarılıb17.02.2026 - 06:23
1854-cü ildə Böyük Britaniya Cənubi Afrika Respublikasının müstəqilliyini tanıyıb17.02.2026 - 06:12
1856-cı ildə Henrix Heyne vəfat edib17.02.2026 - 05:59
1992-ci ildə Mədinə Gülgün vəfat edib17.02.2026 - 05:47
1201-ci ildə Nəsirəddin Tusi anadan olub17.02.2026 - 05:35
1863-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib17.02.2026 - 05:21
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşa -“Pul əhvalatı” - FOTO17.02.2026 - 05:11
Fidan Hacıyeva: Sevgi mahnıları bütün mədəniyyətlərdə mövcud olan əbədi mövzudur - FOTO17.02.2026 - 04:59
Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq16.02.2026 - 19:35
Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər16.02.2026 - 19:25
Mövcud qiymətləndirmə sistemi şagirdlərin real bilik səviyyəsini ölçə bilirmi? – Ekspert danışdı16.02.2026 - 19:15
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb16.02.2026 - 19:10
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub16.02.2026 - 19:00
Tanınmış amerikalı aktyor və rejissor Robert Dyuval vəfat edib16.02.2026 - 18:50
Vitaminlər donmurmuş: Həqiqət ortaya çıxdı16.02.2026 - 18:45
"Telegram"da rekord sayda kanal bağlandı16.02.2026 - 18:40
AzMİU-da WUF13 çərçivəsində tələbələr üçün beynəlxalq tematik təlim keçirilib16.02.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib16.02.2026 - 18:25
Təl-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 18:17
Berlində Azərbaycan Kino Günləri keçirilib16.02.2026 - 18:11
MƏDƏNİYYƏT “İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb16.02.2026 - 18:05
Ramin Nurəliyev: “İngilis dilində tədris olunan ixtisaslar üçün foundation kursu vacibdir”16.02.2026 - 18:00
Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək16.02.2026 - 17:50
Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb16.02.2026 - 17:40
Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşa -“Pul əhvalatı”16.02.2026 - 17:35
"5-dən 30-a İntellektual Festival" layihəsi baş tutub16.02.2026 - 17:31
Xaricdə təhsil üçün yeni imkanlar - 33 ölkədə 231 universitet, 500 yer16.02.2026 - 17:27
BDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübələri başlanır16.02.2026 - 17:25
Sabah ilin ilk Günəş tutulması olacaq16.02.2026 - 17:19
BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi16.02.2026 - 17:17
Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib16.02.2026 - 17:12