1863-cü ildə İsveçrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Qurum silahlı münaqişələr və fövqəladə hallardan zərər çəkən insanlara humanitar yardım göstərilməsi məqsədilə yaradılıb.
“Tehsil365” xəbər verir ki, bu təşkilat bu gün Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərir və beynəlxalq humanitar hüququn təşviqi, müharibə qurbanlarının müdafiəsi istiqamətində mühüm rol oynayır.
1920-ci ildə isə regionda ilk dəfə olaraq Azərbaycanda Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti yaradılıb. Bu qurum ölkədə humanitar fəaliyyətin təşkili və ehtiyacı olan şəxslərə yardımın göstərilməsi istiqamətində fəaliyyətə başlayıb.

