1992-ci ildə Azərbaycanın tanınmış şairi, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgün (1926–1992) vəfat edib.
“Tehsil365” xəbər verir ki, Mədinə Gülgün yaradıcılıq fəaliyyətinə 1945-ci ildə Təbrizdə başlayıb. Onun şeirləri həmin dövrdə “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində dərc olunub. Şairin ilk şeir kitabı – Təbrizin baharı 1950-ci ildə nəşr edilib.
Sonrakı illərdə şairin həm Bakıda, həm də Moskvada bir sıra kitabları işıq üzü görüb. Onun “Təbrizin baharı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Könlümü ümidlər yaşadır” və digər poetik topluları oxucular tərəfindən maraqla qarşılanıb.
Mədinə Gülgün Azərbaycan ədəbiyyatında özünəməxsus lirizmi və vətənpərvərlik ruhu ilə seçilən sənətkar kimi yadda qalıb.

