1856-cı ildə alman mütəfəkkiri və şair Henrix Heyne (1797–1856) vəfat edib.
“Tehsil365” xəbər verir ki, Henrix Heyne yaradıcılığı ilə gündəlik alman dilinin inkişafına mühüm töhfə verib. O, dili lirik səviyyəyə yüksəldərək, felyeton və səyahət qeydlərini ədəbi üslubda təqdim etməklə alman ədəbi dilinin aydın və sadə şəkildə formalaşmasına təsir göstərib.
Şairin ilk şeirləri 1816-cı ildə Hamburqda “Froydhold Rizenharf” təxəllüsü ilə çap olunub. “Henrix Heyne” imzası ilə ilk şeiri isə 1821-ci ildə Berlində işıq üzü görüb.
1825-ci ildə Qöttingendə hüquq üzrə doktor elmi dərəcəsi alan Heyne hüquq sahəsində uğur qazanmaq məqsədilə protestant kilsəsində xristianlığı qəbul edib və adının önünə “Kristian” adını əlavə edib. O, bu faktı uzun illər gizli saxlayıb.

