“Zəif bacarıqları olan şagirdlərin inkişafı planlı və koordinasiyalı şəkildə aparılmalıdır.”
Bu sözləri “Tehsil365"ə açıqlamasında “Tagiyev.academy” kursunun təsisçisi,mütəxəssis Süleyman Tağıyev bildirib.
Mütəxəssis qeyd edib ki, ilkin mərhələdə şagirdlərin nəticələri təhlil olunmalı və əlavə dəstəyə ehtiyacı olanlar müəyyənləşdirilməlidir.
“Əvvəl nəticələrə baxılmalı, hansı şagirdlərin əlavə dəstəyə ehtiyacı olduğu müəyyən edilməlidir. Daha sonra müəllimlərlə birlikdə uyğun dəstək planı qurulmalıdır — əlavə tapşırıqlar, fərqli izah üsulları və ya əlavə məşğələlər kimi.”
Onun sözlərinə görə, bu proses davamlı izlənilməli və nəticələr mütəmadi təhlil olunmalıdır.
“İnkişaf prosesi boyu irəliləyiş izlənilməli, nəticələr təhlil edilməli və lazım gəldikdə valideynlərlə əlaqə qurulmalıdır.”
Süleyman Tağıyev sonda əlavə edib ki, əsas məqsəd komanda şəklində fəaliyyət göstərərək şagirdlərin mərhələli inkişafını təmin etməkdir.
“Fərdi dəstək planları hər şagirdin bacarığına uyğun hazırlanır və müəllimlər ilə valideynlər komanda şəklində dəstək göstərir. Bu yanaşma həm biliklərin artırılmasına, həm də öyrənməyə maraq və motivasiyanın yüksəlməsinə xidmət edir” - deyə o vurğulayıb.

