Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramovla ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Tehsil365” Report.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Belarus səfiri Dmitri Pineviç Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetində olub və rektor Şahin Bayramovla görüşüb. Universitetlə Belarusun ali təhsil müəssisələri arasında əməkdaşlığının qurulması məsələləri müzakirə edilib", - məlumatda qeyd olunub.

