Ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri elan edilib.
“Tehsil365“ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqqda Azərbaycan Universitetləri səhifəsinə istinadən xəbər verirb ki, Azərbaycan bölməsi üzrə ölkə birinciləri Elvina Əliyeva və Zahid Abdullayev olub.
Onların hər ikisi 91 bal toplayıb.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

