Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən nadir fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər Xalq rəssamı, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun yaradıcılıq prosesini əks etdirir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib.
Onun sözlərinə görə, yeni əldə olunmuş, rəssam F.Xəlilovu natura və emalatxana şəraitində təsvir edən fotosənədlər 1970-ci ildə lentə alınıb.

