Gələcəyin ən bahalı peşələrindən biri artıq Azərbaycanda hazırlanacaq.
“Tehsil365” Edunews.az-a istinadən 2026–2027-ci tədris ilindən etibarən universitetlərdə yeni ixtisas — “Proqram təminatı mühəndisliyi” üzrə rəsmi kadr hazırlığı start götürür. Bu, ölkədə IT sektorunun növbəti mərhələyə keçdiyinin açıq siqnalıdır.
Statistika isə bunu təsdiqləyir:
5500+ bakalavr qəbul yeri IT sahələri üzrə
1700-ə yaxın magistr yeri
süni intellekt və yeni texnoloji istiqamətlər üzrə ixtisaslar yoldadır
Planlar yalnız bununla bitmir:
— təhsil proqramları beynəlxalq standartlara uyğun yenilənəcək
— əmək bazarının real tələblərinə uyğun kadrlar hazırlanacaq
— multidissiplinar, praktik yönümlü yanaşma tətbiq olunacaq
Hazırda süni intellekt həllərinin tətbiqi və yeni texnoloji dövr üçün strateji hazırlıq gedir. Yəni yaxın illərdə IT sahəsində bilik və bacarıq = real karyera və yüksək gəlir.

