Təhsil 365 - Logo Mobile

Azərbaycanda magistraturaya maraq azalır – ekspert səbəbləri açıqladı

4317.02.2026 - 17:00
Azərbaycanda magistraturaya maraq azalır – ekspert səbəbləri açıqladı

Azərbaycanda magistratura səviyyəsinə marağın azalması müşahidə olunur. Bu il magistraturaya sənəd verən 22 780 nəfərdən 509-u imtahanda iştirak etməyib. Bu göstərici artıq ilkin mərhələdə müəyyən qədər imtina hallarının olduğunu göstərir.

Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”-ə verdiyi açıqlamada bildirib ki, son iki ildə – 2023–2024 və 2024–2025-ci tədris illərində də magistratura üzrə xeyli sayda boş plan yerləri qalıb. Onun sözlərinə görə, bəzi abituriyentlər magistraturanı qazansalar da, sonradan qeydiyyatdan keçməyərək təhsildən imtina ediblər.

Ekspert bu tendensiyanı əmək bazarında magistr diplomuna olan tələbin zəifliyi ilə əlaqələndirib. O qeyd edib ki, işəgötürən müəssisələr əksər hallarda magistr dərəcəsini əsas şərt kimi irəli sürmürlər və bu da bakalavr məzunlarının motivasiyasına təsir göstərir.

Məzahir Məmmədli həmçinin plan yerlərinin çoxluğu məsələsinə də toxunub. O vurğulayıb ki, bəzi özəl universitetlərin maddi-texniki bazası tələb olunan standartlara cavab verməsə də, magistratura üzrə çoxsaylı plan yerləri təklif etməsi ümumi marağa mənfi təsir göstərir.

Ekspert əlavə edib ki, Dövlət İmtahan Mərkəzinin magistratura imtahanlarına esse tipli suallar əlavə etməsi də müəyyən qədər tərəddüd yaradır. Hazırda elan olunan nəticələrin yalnız test tapşırıqlarına aid olduğunu, esse cavablarının isə 6–7 həftə sonra açıqlanacağını qeyd edən Məmmədli bu amilin də bəzi bakalavrların magistraturaya can atmamasına səbəb olduğunu bildirib.

O, sonda vurğulayıb ki, elmi fəaliyyətlə məşğul olmaq istəyənlər üçün magistratura və doktorantura mühüm mərhələdir. Lakin mövcud motivasiya çatışmazlığı gələcəkdə doktorantura pilləsinə marağın da azalmasına gətirib çıxara bilər.

Zəhra Ağayeva

Xəbər Lenti

Bakıda Avropanın milli geyimləri və ornamentlərinə həsr olunmuş sərgi açılıb17.02.2026 - 19:25
Valideynlər aşağı nəticə zamanı uşağa necə yanaşmalıdır? – Psixoloq Nabat Mirzəyevadən açıqlama17.02.2026 - 19:20
Orucun mənəvi mahiyyəti nədir? – İlahiyyatçı Cəmil Musayevdən açıqlama17.02.2026 - 19:10
BMU tələbələrinin istehsalat təcrübəsi başlayıb17.02.2026 - 19:00
Məktəbli proqramçılarımızın daha bir uğuru17.02.2026 - 18:50
TTK-də lider universitetlər açıqlandı 17.02.2026 - 18:40
Gənclər Kitabxanası Nəsirəddin Tusinin 825 illiyi münasibətilə biblioqrafik icmal hazırlayıb17.02.2026 - 18:35
Magistratura: 519 nəfər imtahana gəlmədi17.02.2026 - 18:30
Bakı WUF13-ə hazırlaşır: memar Fəxrəddin Verdiyevdən dayanıqlı şəhərsalma həlləri17.02.2026 - 18:26
ADAU-da 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planının hazırlanması üzrə işçi qrupun iclası keçirilib17.02.2026 - 18:20
Balakəndə tədbir: “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə”17.02.2026 - 18:20
ARKA Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalayıb17.02.2026 - 18:10
Milli Xalça Muzeyində “Bağçada güllər” sərgisi açılıb17.02.2026 - 18:05
“Sağlam psixologiyanın təməli ailədə qoyulur”17.02.2026 - 18:00
ADPU rəqəmsal inkişaf strategiyası müəyyənləşdirir17.02.2026 - 17:55
Dövlət Proqramı təqaüdçüləri Kembricdə Azərbaycan Cəmiyyətini qurublar17.02.2026 - 17:46
Portağal yedikdən sonra bunu etməyin - diş minasını 5 dəqiqəyə məhv edən səbəb17.02.2026 - 17:41
İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri - elmi seminar17.02.2026 - 17:36
İspaniya "X", "Meta" və "TikTok" platformalarına qarşı araşdırmalara başlayacaq17.02.2026 - 17:31
Radioaktiv çirklənmə problemləri ilə bağlı elmi seminar keçirilib17.02.2026 - 17:25
Rusiyada "Telegram" tamamilə bloklanır - Tarix açıqlandı17.02.2026 - 17:22
“Bilim Bakı” mərkəzinin rəhbəri tələbələr üçün infosessiya keçirib17.02.2026 - 17:15
AzTV-də yeni intellektual layihə – “Tarixin oyunu” milli yaddaşı ekrana daşıyır17.02.2026 - 17:11
Patent müvəkkili statusu almaq istəyənlərin attestasiyası keçiriləcək17.02.2026 - 17:07
BDU tələbələri mədəni irsin qorunması və rəqəmsallaşdırılması mövzusunda maarifləndirilib17.02.2026 - 17:02
Tanınmış musiqiçi vəfat etdi17.02.2026 - 16:51
Ultra yüksək tutumlu şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb17.02.2026 - 16:46
Azərbaycan Dillər Universitetində Çin Yeni ili münasibətilə qala-konsert keçirilib17.02.2026 - 16:37
Gələcəyin ən bahalı peşələrindən biri artıq Azərbaycanda hazırlanacaq.17.02.2026 - 16:30
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək17.02.2026 - 16:23
Emin Əmrullayev Mərakeşin milli təhsil, məktəbəqədər və idman naziri ilə görüşüb17.02.2026 - 16:15
İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri - elmi seminar17.02.2026 - 16:08
Dövlət Film Fonduna nadir fotosənədlər təqdim olunub17.02.2026 - 16:00
Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır17.02.2026 - 15:52
“Quyruqsuz dovşan” Kukla Teatrında səhnəyə çıxacaq17.02.2026 - 15:47
Balakəndə tədbir: “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə”17.02.2026 - 15:39
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir17.02.2026 - 15:28
Bakıda onlarla məktəbə direktor təyin edildi17.02.2026 - 15:19
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək17.02.2026 - 15:11
Ən yüksək balı onlar topladı17.02.2026 - 15:00
ADDA ilə İsrailin təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub17.02.2026 - 14:55
Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb17.02.2026 - 14:45
Bakıda 42 məktəbə yeni direktor təyin olunub17.02.2026 - 14:30
Belarus səfiri Xankəndidə Qarabağ Universitetinin rektoru ilə görüşüb17.02.2026 - 14:15
İqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat mərhələsinə start verildi17.02.2026 - 14:14
BDU-da Jurnalistika Tələbələri üçün Yeni Dərs Vəsaiti Nəşr Olunub17.02.2026 - 14:04
Magistraturaya qəbulun açıq tipli tapşırıqlarının nəticələri açıqlanıb17.02.2026 - 14:00