Təhsil 365 - Logo Mobile

“Ramazan bayramında məscidlərə getmək mənəvi dəyərlərin təbliği baxımından müsbət haldır” – İlahiyyatçı Hacı Təyyar Hüseynli

22018.02.2026 - 09:57
“Ramazan bayramında məscidlərə getmək mənəvi dəyərlərin təbliği baxımından müsbət haldır” – İlahiyyatçı Hacı Təyyar Hüseynli

“Ramazan bayramı islam dünyasının iki böyük mənəviyyat bayramından biridir və onun qeyd olunması şagird və tələbələrə milli-mənəvi dəyərlərin aşılanması baxımından əhəmiyyət daşıyır.”

Bu sözləri "Tehsil365"ə açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

İlahiyyatçı bildirib ki, milli bayramların və mənəvi dəyərlərin təbliği məktəbəqədər dövrdən ali təhsil səviyyəsinə qədər nəzərdə tutulan məsələlərdəndir və gələcək nəsillərin milli-dini dəyərlər üzərində formalaşması cəmiyyət üçün müsbət nəticələr verir.

“Ramazan bayramını qeyd etmək, şagird və tələbələrə bunu aşılamaq və bayram əhval-ruhiyyəsi ilə məscidlərə getmək müsbət haldır. Ramazan və Qurban bayramları dövlət səviyyəsində qeyri-iş günü kimi qeyd olunursa, şagird və tələbələrin də bu bayramı hiss etməsi təbii qarşılanmalıdır”, – deyə o vurğulayıb.

Hacı Təyyar Hüseynli qeyd edib ki, bu məsələ ixtiyari xarakter daşıyır və valideynlərin mövqeyi, ailə şəraiti və sosial vəziyyət nəzərə alınmalıdır. Onun sözlərinə görə, məscidlərə getmək istəyən şagird və tələbələrin iştirak etməsində problem görülmür.

“Şagird və tələbələrin məscidlərə getməsi islam dininin təbliği hesab olunur. İslam dini milli-mənəvi dəyərlərlə uyğunlaşan yüksək ilahi dəyərləri özündə birləşdirir və cəmiyyətin mənəviyyat sektorunun bir hissəsidir. Bu sahədə əsas şərt elmdir, çünki islamın ilk çağırışlarından biri oxumaq və təhsil almaqdır”, – deyə o bildirib.

İlahiyyatçı əlavə edib ki, bu mövzuda fərqli ictimai fikirlər mövcud olsa da, dini fəaliyyətlərin təhsilə mənfi təsir göstərmədiyi halda şagird və tələbələrin məscidlərə getməsi mənfi qiymətləndirilməməlidir. Onun fikrincə, ailələr övladlarının milli-mənəvi dəyərlər üzərində formalaşmasını istəyir və bu baxımdan məscidlər mənəvi mühit yaradan məkan kimi qəbul olunur.

“Əgər təhsilin mənəvi tələbləri ilə islamın mənəvi dəyərləri bir-birini tamamlayırsa, elm ocaqları da, məscidlər də gənclərin sağlam cəmiyyət üzvü kimi formalaşmasına xidmət edir”, – deyə o vurğulayıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib 09.04.2026 - 09:46
15 000 illik sirr açıldı: Qədim insanların ticarət izləri tapıldı09.04.2026 - 09:40
Allergiyanın müalicəsində yeni standartlar09.04.2026 - 09:32
BDU-da Xəzər dənizinin səviyyə tərəddüdlərinin yaşayış məntəqələrinə təsirinə dair ustad dərsi09.04.2026 - 09:25
ADU-da Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakı ilə elmi seminar keçirilib09.04.2026 - 09:16
Mədə problemlərinin gizli səbəbləri məlum oldu09.04.2026 - 09:08
“WhatsApp”a yeni funksiya əlavə olunacaq09.04.2026 - 09:00
“Yeni Üfüq” layihəsinin iştirakçıları BMU ilə tanış olub09.04.2026 - 08:50
Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub09.04.2026 - 08:40
Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur09.04.2026 - 08:29
BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb09.04.2026 - 08:19
BDU tələbələri ADA Universitetində praktik dərsdə09.04.2026 - 08:08
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib09.04.2026 - 08:00
BDU rektoru Almatıda Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edib09.04.2026 - 07:51
ADU-da akademik Muxtar İmanov tərəfindən ustad dərsi keçirilib09.04.2026 - 07:40
ADU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib09.04.2026 - 07:31
ADU və Astana Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb09.04.2026 - 07:20
Bu günün hava proqnozu 09.04.2026 - 07:11
Böyük Britaniyada xarici tələbələr üçün həyatın çətin reallığı09.04.2026 - 07:00
İngiltərədə məktəblərdə bıçaq cinayətlərinə qarşı yeni hədəfli proqram tətbiq olunacaq09.04.2026 - 06:36
Böyük Britaniyada tələbə kreditləri üzrə faiz dərəcəsi azaldılıb09.04.2026 - 06:18
PragerU gənclər arasında təsirini genişləndirir09.04.2026 - 06:00
“Çitra” baletinin premyerası səhnəyə qoyuldu09.04.2026 - 05:42
Zirəddin Tağıyev – səhnə sənətinə ömrünü həsr edən aktyor09.04.2026 - 05:18
Teymur Bünyadov – Azərbaycan hərb tarixində iz qoyan general09.04.2026 - 05:06
Məmmədəli Mehdiyev – Azərbaycan cüdosunun güclü təmsilçisi09.04.2026 - 04:54
Ceyhun Mirzəyev – Azərbaycan kinosunun yadda qalan siması09.04.2026 - 04:36
Cəfər Rəmzi – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi09.04.2026 - 04:18
Sidqi Ruhulla – Azərbaycan teatr sənətinin unudulmaz siması09.04.2026 - 04:00
Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18