Təhsil 365 - Logo Mobile

İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri - elmi seminar

7417.02.2026 - 17:36
İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri - elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanovun elmi rəhbərliyi ilə “İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

BDU-dan “Tehsil365” ə bildirilib ki, tədbirdə qlobal iqlim dəyişikliklərinin Qafqaz regionunun təbii ekosistemlərinə, biomüxtəlifliyinə, hidroloji rejimlərinə və kənd təsərrüfatına təsirləri elmi əsaslarla təhlil edilib, mövcud risklərin qiymətləndirilməsi və regional əməkdaşlıq çərçivəsində adaptasiya strategiyaları müzakirə olunub.

Türkiyənin Artvin Çoruh Universitetinin professoru Aydın Tüfekçioğlu məruzəsində Qafqaz regionunda son onilliklərdə müşahidə olunan temperatur artımı, yağıntı rejimində dəyişikliklər, buzlaq sahələrinin azalması, qar örtüyünün davametmə müddətinin qısalması, alp və subalp ekosistemlərinin yüksəklik üzrə transformasiyası, eləcə də bioloji müxtəliflik üçün yaranan riskləri geniş elmi-statistik məlumatlar əsasında təqdim edib. İqlim dəyişikliklərinin su resurslarının paylanmasına, çay sistemlərinin dinamikasına və təbii landşaftların davamlılığına təsiri xüsusi vurğulanıb.

Seminarda beynəlxalq və yerli elmi-tədqiqat qurumlarının (Özbəkistan Respublikasının Andican Dövlət Universitetinin Ekologiya və botanika fakültəsi, Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dendrologiya bağı, Qarabağ Universiteti və Bakı Mühəndislik Universiteti) nümayəndələri də təmsil olunublar. Elmi diskussiyalar zamanı iqlim dəyişikliklərinin hidroloji rejimlərə təsiri, su ehtiyatlarının azalması, kənd təsərrüfatı məhsuldarlığına potensial risklər, ekstremal hava hadisələrinin intensivləşməsi, sel və torpaq sürüşməsi kimi təbii fəlakətlərin artması, həmçinin biomüxtəlifliyin qorunması məsələləri kompleks şəkildə təhlil edilib. İştirakçılar tərəfindən adaptasiya və mitiqasiya istiqamətində su ehtiyatlarının inteqrə olunmuş idarə olunması, çay ekosistemlərinin bərpası, dağ landşaftlarının və endemik növlərin mühafizəsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və iqlimə davamlı kənd təsərrüfatı texnologiyalarının inkişafı kimi elmi əsaslandırılmış tövsiyələr irəli sürülüb.

Seminarın yekununda vurğulanıb ki, Qafqaz regionunun biomüxtəliflik baxımından qlobal əhəmiyyəti nəzərə alınaraq, iqlim dəyişikliklərinə qarşı effektiv tədbirlərin həyata keçirilməsi üçün multidisiplinar elmi yanaşmaların gücləndirilməsi, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin praktiki tətbiqinin artırılması mühüm strateji əhəmiyyət daşıyır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bakıda Avropanın milli geyimləri və ornamentlərinə həsr olunmuş sərgi açılıb17.02.2026 - 19:25
Valideynlər aşağı nəticə zamanı uşağa necə yanaşmalıdır? – Psixoloq Nabat Mirzəyevadən açıqlama17.02.2026 - 19:20
Orucun mənəvi mahiyyəti nədir? – İlahiyyatçı Cəmil Musayevdən açıqlama17.02.2026 - 19:10
BMU tələbələrinin istehsalat təcrübəsi başlayıb17.02.2026 - 19:00
Məktəbli proqramçılarımızın daha bir uğuru17.02.2026 - 18:50
TTK-də lider universitetlər açıqlandı 17.02.2026 - 18:40
Gənclər Kitabxanası Nəsirəddin Tusinin 825 illiyi münasibətilə biblioqrafik icmal hazırlayıb17.02.2026 - 18:35
Magistratura: 519 nəfər imtahana gəlmədi17.02.2026 - 18:30
Bakı WUF13-ə hazırlaşır: memar Fəxrəddin Verdiyevdən dayanıqlı şəhərsalma həlləri17.02.2026 - 18:26
ADAU-da 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planının hazırlanması üzrə işçi qrupun iclası keçirilib17.02.2026 - 18:20
Balakəndə tədbir: “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə”17.02.2026 - 18:20
ARKA Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalayıb17.02.2026 - 18:10
Milli Xalça Muzeyində “Bağçada güllər” sərgisi açılıb17.02.2026 - 18:05
“Sağlam psixologiyanın təməli ailədə qoyulur”17.02.2026 - 18:00
ADPU rəqəmsal inkişaf strategiyası müəyyənləşdirir17.02.2026 - 17:55
Dövlət Proqramı təqaüdçüləri Kembricdə Azərbaycan Cəmiyyətini qurublar17.02.2026 - 17:46
Portağal yedikdən sonra bunu etməyin - diş minasını 5 dəqiqəyə məhv edən səbəb17.02.2026 - 17:41
İspaniya "X", "Meta" və "TikTok" platformalarına qarşı araşdırmalara başlayacaq17.02.2026 - 17:31
Radioaktiv çirklənmə problemləri ilə bağlı elmi seminar keçirilib17.02.2026 - 17:25
Rusiyada "Telegram" tamamilə bloklanır - Tarix açıqlandı17.02.2026 - 17:22
“Bilim Bakı” mərkəzinin rəhbəri tələbələr üçün infosessiya keçirib17.02.2026 - 17:15
AzTV-də yeni intellektual layihə – “Tarixin oyunu” milli yaddaşı ekrana daşıyır17.02.2026 - 17:11
Patent müvəkkili statusu almaq istəyənlərin attestasiyası keçiriləcək17.02.2026 - 17:07
BDU tələbələri mədəni irsin qorunması və rəqəmsallaşdırılması mövzusunda maarifləndirilib17.02.2026 - 17:02
Azərbaycanda magistraturaya maraq azalır – ekspert səbəbləri açıqladı17.02.2026 - 17:00
Tanınmış musiqiçi vəfat etdi17.02.2026 - 16:51
Ultra yüksək tutumlu şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb17.02.2026 - 16:46
Azərbaycan Dillər Universitetində Çin Yeni ili münasibətilə qala-konsert keçirilib17.02.2026 - 16:37
Gələcəyin ən bahalı peşələrindən biri artıq Azərbaycanda hazırlanacaq.17.02.2026 - 16:30
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək17.02.2026 - 16:23
Emin Əmrullayev Mərakeşin milli təhsil, məktəbəqədər və idman naziri ilə görüşüb17.02.2026 - 16:15
İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri - elmi seminar17.02.2026 - 16:08
Dövlət Film Fonduna nadir fotosənədlər təqdim olunub17.02.2026 - 16:00
Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır17.02.2026 - 15:52
“Quyruqsuz dovşan” Kukla Teatrında səhnəyə çıxacaq17.02.2026 - 15:47
Balakəndə tədbir: “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə”17.02.2026 - 15:39
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir17.02.2026 - 15:28
Bakıda onlarla məktəbə direktor təyin edildi17.02.2026 - 15:19
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək17.02.2026 - 15:11
Ən yüksək balı onlar topladı17.02.2026 - 15:00
ADDA ilə İsrailin təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub17.02.2026 - 14:55
Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb17.02.2026 - 14:45
Bakıda 42 məktəbə yeni direktor təyin olunub17.02.2026 - 14:30
Belarus səfiri Xankəndidə Qarabağ Universitetinin rektoru ilə görüşüb17.02.2026 - 14:15
İqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat mərhələsinə start verildi17.02.2026 - 14:14
BDU-da Jurnalistika Tələbələri üçün Yeni Dərs Vəsaiti Nəşr Olunub17.02.2026 - 14:04
Magistraturaya qəbulun açıq tipli tapşırıqlarının nəticələri açıqlanıb17.02.2026 - 14:00