Nişapur — 2004-cü ildə İranın Nişapur şəhəri yaxınlığında baş verən dəhşətli qatar qəzası ölkə tarixinin ən faciəli hadisələrindən biri kimi yadda qalıb.
"Tehsil365" xəbər verir ki, Məlumata görə, kükürd, benzin və gübrə daşıyan yük qatarında əvvəlcə yanğın baş verib. Hadisə yerinə çoxsaylı xilasedicilər və yerli sakinlər cəlb olunub. Lakin bir müddət sonra vaqonlarda güclü partlayış baş verib. Nəticədə 295 nəfər həyatını itirib. Həlak olanların təxminən 200-ə yaxını xilasedici və fövqəladə xidmət əməkdaşları olub.
Partlayışın gücü yaxınlıqdakı yaşayış məntəqələrinə ciddi ziyan vurub, evlər dağılıb və çoxlu sayda insan yaralanıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb və təhlükəli yüklərin daşınması qaydalarının sərtləşdirilməsi istiqamətində tədbirlər görülüb.
Nişapur qatar partlayışı həm insan itkisinə, həm də infrastrukturun zədələnməsinə görə regionda böyük rezonans doğurmuş və təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olmuşdu.

