Təhsil 365 - Logo Mobile

​BDU üçün yeni rəqəmsal kitabxana yaradıldı

9418.02.2026 - 09:09
​BDU üçün yeni rəqəmsal kitabxana yaradıldı

Bu gün Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildə idarə olunan müasir kitabxananın yaradılmasını nəzərdə tutan sosial investisiya layihəsinin uğurla başa çatdığını elan edib.

“Tehsil365" xəbər verir ki, bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

Yeni rəqəmsal kitabxana tələbələr və müəllim heyəti üçün geniş bilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-da təhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək. O, həmçinin məlumatlara çıxışı və məlumatların toplanmasını asanlaşdıracaq, eyni zamanda istifadəçilərə məzmunu paylaşmaq, mürəkkəb axtarışlar yerinə yetirmək və tədqiqat məlumatlarını saxlamaq imkanı verəcək.

BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməklə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək.

Layihəyə üç əsas komponent daxil idi:

Bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatının hazırlanması.

Kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventar idarəetmə sisteminin yaradılması.

Yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastrukturun quraşdırılması.

Bu gün universitetdə kitabxananın açılışında çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli dedi: “Bakı Dövlət Universitetinin müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyuruq. Biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir. Hesab edirik ki, bu təşəbbüs bu günün tələbələrinə fayda verməklə yanaşı, eyni zamanda universitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçün qorunub saxlanılmasına da töhfə verir. Bu, həmçinin bp-nin Azərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi dəstəyi əks etdirir.”

Layihənin ümumi dəyəri 805 290 AZN (təxminən 473 700 ABŞ dolları) təşkil edir və bu məbləğ proqram təminatının hazırlanmasını, inventar idarəetmə sisteminin yaradılmasını, eləcə də bütün lazımi avadanlıq və infrastrukturun quraşdırılmasını əhatə edir.

Tədbir zamanı bp və Bakı Dövlət Universiteti həmçinin potensial birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasında əsas məqsəd universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb18.02.2026 - 17:17
Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"18.02.2026 - 17:11
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Xaçmazda vətəndaşın müraciətlərini dinləyəcək18.02.2026 - 17:07
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb18.02.2026 - 17:02
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır18.02.2026 - 17:00
Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib18.02.2026 - 16:51
Gülbacı İmanovanın yubileyi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert18.02.2026 - 16:47
Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib18.02.2026 - 16:38
Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib18.02.2026 - 16:30
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu – elmi seminar18.02.2026 - 16:21
68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - Rəsmi18.02.2026 - 16:15
Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub18.02.2026 - 16:07
Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib18.02.2026 - 16:00
STEAM'ool olimpiadasına qeydiyyat başladı18.02.2026 - 15:51
Bakı Dövlət Universiteti və bp arasında yeni əməkdaşlıq sazişi18.02.2026 - 15:42
Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama18.02.2026 - 15:38
Hava kəskin dəyişəcək, güclü qar yağacaq - Xəbərdarlıq18.02.2026 - 15:27
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib 18.02.2026 - 15:18
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu18.02.2026 - 15:09
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 18.02.2026 - 15:00
Firudin Qurbanov gənclərlə motivasiya və karyera görüşü keçirib18.02.2026 - 13:59
Bu qədər tələbə təqaüd proqramından yararlanıb18.02.2026 - 13:49
Təhsil Nazirliyi kollegiya iclası keçirib - FOTO18.02.2026 - 13:37
İcma əsaslı qruplara bu qədər uşaq cəlb olunub18.02.2026 - 13:25
Naxçıvanda peşə təhsilinə qəbul artıb18.02.2026 - 13:12
İnşaat Kollecinə yeni direktor təyin olunub - FOTO18.02.2026 - 12:59
Mingəçevirdə məktəb bufetində yanğın olub18.02.2026 - 12:46
11-ci sinif şagirdi pəncərədən yıxılıb18.02.2026 - 12:32
“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi18.02.2026 - 12:21
Sabah hava necə olacaq? 18.02.2026 - 12:11
BMU professorunun məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub18.02.2026 - 11:57
DİM TOEFL iBT imtahanı keçirib18.02.2026 - 11:46
Ədəbiyyat Muzeyində Mədinə Gülgünün yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO18.02.2026 - 11:37
Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb - FOTO18.02.2026 - 11:32
Kitabxanadan Xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə töhfə18.02.2026 - 11:27
İstanbulda Azərbaycanın XVII-XVIII əsrlərə aid saray xalçalarının sərgisi açılıb - FOTO18.02.2026 - 11:23
Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi tamam olur18.02.2026 - 11:18
“Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində erməni məsələsi” adlı monoqrafiya nəşr olunub18.02.2026 - 11:11
bp Bakı Dövlət Universiteti üçün yeni rəqəmsal kitabxana istifadəyə verib - FOTO18.02.2026 - 11:00
AMEA prezidenti: Müasir dünyada rəqəmsal arxitekturanı qurmadan hər hansı inkişafa nail olmaq qeyri-mümkündür18.02.2026 - 10:49
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub18.02.2026 - 10:39
AMEA prezidenti: Müasir dünyada rəqəmsal arxitekturanı qurmadan hər hansı inkişafa nail olmaq qeyri-mümkündür18.02.2026 - 10:30
AMEA-da Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edilib18.02.2026 - 10:20
ADPU-da Özbək dili və ədəbiyyatı auditoriyasının açılışı olub - FOTO18.02.2026 - 10:09
“Ramazan bayramında məscidlərə getmək mənəvi dəyərlərin təbliği baxımından müsbət haldır” – İlahiyyatçı Hacı Təyyar Hüseynli18.02.2026 - 09:57
“Gənclər arasında dini maarifləndirmə rəqəmsal mühitin təsiri ilə yeni mərhələyə keçib” - Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü,mütəxəssis Süleyman Tağıyev18.02.2026 - 09:46
Yuxuda etdiyiniz hərəkətlər beyin xəstəliyidir18.02.2026 - 09:38
BŞTİ-nin əməkdaşları üçün əməyin mühafizəsinə dair maarifləndirmə təlimi18.02.2026 - 09:29