Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin bufetində elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində kiçikmiqyaslı yanğın qeydə alınıb.
“Tehsil365" xəbər verir ki, əvvəlcədən görülmüş təhlükəsizlik tədbirləri sayəsində yanğının genişlənməsinin qarşısı alınıb. Şagirdlər və pedaqoji heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib və onların səhhətində heç bir problem qeydə alınmayıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb. Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Təlim-tədris prosesi isə fasiləsiz şəkildə davam edir.

