Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar, peşə təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsində 2025-ciildə görülmüş işlərin nəticələri və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.Sonra isə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2026-ci ilinə dair İş Planı”nı təsdiq edilməsi ilə bağlı müzakirələr aparılaraq təsdiq olunub.Kollegiya iclasında həmçinin 2026-cı ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesi barədə iştirakçılara məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Kollegiya iclasında təhsil naziri müəssisə rəhbərlərinə tədris ilinin sonu ilə bağlı məktəb sənədlərinin qanunvericiliyin tələbləri gözlənilməklə işlənməsinə nəzarətin artırılması, buraxılış və qəbul imtahanlarına hazırlıq işlərinin görülməsi, məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-5 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şəhər və rayon ərazilərində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

