7–8 fevral tarixlərində Rumıniyada keçirilən X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində Azərbaycan məktəbliləri möhtəşəm nəticə göstərərək 6 medal qazanıblar.
“Tehsil365“ xəbər verir ki,qızıl medal qazanan: Fateh Əhmədzadə – Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi
Gümüş medal qazananlar: Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Elay Verdiyev – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi Əkbər Əhmədov – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi
Gümüş medal qazananlar: Atilla Mustafa – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Mərd Cəfərzadə – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!

