Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə STEAM'ool olimpiadası keçiriləcək.
“Tehsil365“ AzEdu.az-a istinadən xəbər verir ki, bu olimpiada elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağı olan şagirdlər üçün unikal bir fürsətdir.
Olimpiadada iştirakçıları nələr gözləyir?
– Maraq doğuran STEAM tapşırıqları
– İnnovativ yanaşmalar
– Rəqabətli mühit
– Sertifikat və mükafatlar
Qeydiyyat və ətraflı məlumat üçün: www.oxuyan.az
+994 10 226 72 17
Oimpiadanın ilkin seçim mərhələsi onlayn formatda 19 aprel 2026-cı il tarixində baş tutacaq!
Qaydalarla tanış olun: //we.tl/t-D4Lix8vGbt

