Təhsil 365 - Logo Mobile

Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib

7518.02.2026 - 16:00
Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb.

“Tehsil365“ AzeEdu.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.

Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.

Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.

Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.

İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır".

Mehriban İbadova

Xəbər Lenti

Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova18.02.2026 - 19:20
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00
Bu qrupda yeni ixtisaslar yaradılır18.02.2026 - 18:50
Azərbaycanlı sənətçi Türkiyədə dekan təyin olundu18.02.2026 - 18:40
“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edilib18.02.2026 - 18:30
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının iclasında WUF13-ə hazırlıq müzakirə olunub18.02.2026 - 18:20
Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb18.02.2026 - 18:15
Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub18.02.2026 - 18:05
Mətanət Əliyeva: “Travmadan qurtulmaq onu unutmaq deyil”18.02.2026 - 18:00
Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbilərin qəbuluna olan qadağadan imtina edib18.02.2026 - 17:55
COVID, yoxsa qrip? Təhlükəli xəstəlikləri bir neçə dəqiqəyə ayırd etməyin sadə yolu18.02.2026 - 17:51
İnşaat Kollecinə yeni direktor təyin olunub18.02.2026 - 17:47
“Apple” martda bir neçə yeni məhsulunu təqdim edəcək18.02.2026 - 17:42
Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu başlanıb18.02.2026 - 17:40
Vahid elektron səhiyyə platforması yaradılır18.02.2026 - 17:32
MEK-də yeni elmi nəşrlərin sərgisi açılıb18.02.2026 - 17:30
Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub18.02.2026 - 17:25
BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub 18.02.2026 - 17:23
“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb18.02.2026 - 17:17
Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"18.02.2026 - 17:11
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Xaçmazda vətəndaşın müraciətlərini dinləyəcək18.02.2026 - 17:07
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb18.02.2026 - 17:02
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır18.02.2026 - 17:00
Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib18.02.2026 - 16:51
Gülbacı İmanovanın yubileyi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert18.02.2026 - 16:47
Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib18.02.2026 - 16:38
Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib18.02.2026 - 16:30
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu – elmi seminar18.02.2026 - 16:21
68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - Rəsmi18.02.2026 - 16:15
Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub18.02.2026 - 16:07
STEAM'ool olimpiadasına qeydiyyat başladı18.02.2026 - 15:51
Bakı Dövlət Universiteti və bp arasında yeni əməkdaşlıq sazişi18.02.2026 - 15:42
Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama18.02.2026 - 15:38
Hava kəskin dəyişəcək, güclü qar yağacaq - Xəbərdarlıq18.02.2026 - 15:27
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib 18.02.2026 - 15:18
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu18.02.2026 - 15:09
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 18.02.2026 - 15:00
Firudin Qurbanov gənclərlə motivasiya və karyera görüşü keçirib18.02.2026 - 13:59
Bu qədər tələbə təqaüd proqramından yararlanıb18.02.2026 - 13:49
Təhsil Nazirliyi kollegiya iclası keçirib - FOTO18.02.2026 - 13:37
İcma əsaslı qruplara bu qədər uşaq cəlb olunub18.02.2026 - 13:25
Naxçıvanda peşə təhsilinə qəbul artıb18.02.2026 - 13:12
İnşaat Kollecinə yeni direktor təyin olunub - FOTO18.02.2026 - 12:59
Mingəçevirdə məktəb bufetində yanğın olub18.02.2026 - 12:46
11-ci sinif şagirdi pəncərədən yıxılıb18.02.2026 - 12:32