M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dövlət Xor Kapellasının dirijoru, Xalq artisti Gülbacı İmanovanın yubileyi və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert proqramı təqdim olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, flarmoniyadan bildirilib ki, proqramda Azərbaycan musiqisinin tanınmış simaları, vokalçılar, instrumental ifaçılar, Azərbaycan Dövlət Xor Kapellası və F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət mahnı və rəqs ansamblının xor kollektivi (xormeyster Naala Baratelia) çıxış ediblər.
Konsert boyu klassik opera nümunələri, muğam parçaları, xalq və estrada mahnıları səsləndirilib.

