bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ötən il bp və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmir olunan BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub.
“Tehsil365“ xəbər verir ki,məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərir. 1997-ci ildən akademik Musa Əliyev adına kabinetin fəaliyyət göstərdiyi Muzeydə əsaslı təmir zamanı akademikin şəxsi kitabxanası rəqəmsallaşdırılaraq müəllim və tələbələrin ixtiyarına verilib.
Qonaq bp-nin dəstəyi ilə muzeydə yaradılan rəqəmsal tədris şəraitini yüksək qiymətləndirib.

