Təhsil 365 - Logo Mobile

Mətanət Əliyeva: “Travmadan qurtulmaq onu unutmaq deyil”

7918.02.2026 - 18:00
Mətanət Əliyeva: “Travmadan qurtulmaq onu unutmaq deyil”

İnsanların travmadan qurtulması çox zaman yanlış olaraq “tam unutmaq” kimi başa düşülür.

Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, psixoloji baxımdan əsas məqsəd travmanın yaddaşdan silinməsi deyil, onun insanın həyatına və qərarlarına təsir gücünü itirməsidir.

Əliyevanın sözlərinə görə, travma insanın dözüm həddini aşan bir təcrübədir və bu səbəbdən onunla işləmək xüsusi yanaşma tələb edir. Sağalma prosesi ilk növbədə travmanı inkar etməmək və qəbul etməklə başlayır. Hadisələri basdırmaq müvəqqəti rahatlıq yaratsa da, ifadə olunmayan travma zamanla təşviş, qorxu, aqressiya və psixosomatik əlamətlər şəklində üzə çıxır.

“Travmadan çıxış yolunda təhlükəsiz mühitdə danışmaq mühüm rol oynayır. İnsan dinlənildiyini, başa düşüldüyünü və mühakimə olunmadığını hiss etdikdə sinir sistemi tədricən tarazlaşır. Travma səssizlikdə deyil, etibarlı münasibətdə sağalır. Bu mərhələdə peşəkar psixoloji dəstək xüsusilə önəmlidir,” – deyə psixoloq vurğulayıb.

Mütəxəssis qeyd edib ki, davamlı kabuslar, güclü təşviş, panik hisslər, səbəbsiz qorxular və emosional partlayışlar travmanın gündəlik həyata ciddi təsir etdiyini göstərir. Belə hallarda “zamanla keçər” yanaşması vəziyyəti daha da ağırlaşdıra bilər.

Əliyeva həmçinin uşaqlarda və yeniyetmələrdə travmanın davranış dəyişiklikləri, dərsə marağın azalması, aqressiya, qorxular və sosial uyğunlaşma çətinlikləri ilə özünü göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, erkən müdaxilə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Nəticə olaraq, Mətanət Əliyeva vurğulayıb ki, travmadan qurtulmaq onu unutmaq demək deyil: “Sağalma, travmanın artıq insanın həyat keyfiyyətini, münasibətlərini və qərarlarını idarə etməməsidir. Psixoloji dəstək almaq gücsüzlük deyil, əksinə, sağlam və məsuliyyətli bir addımdır. Doğru zamanda başlanılan terapiya insanın özünü daha yaxşı tanımasına, travma ilə sağlam münasibət qurmasına və həyatına yenidən nəzarəti bərpa etməsinə imkan yaradır.”

Mehriban İbadova

Xəbər Lenti

Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova18.02.2026 - 19:20
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00
Bu qrupda yeni ixtisaslar yaradılır18.02.2026 - 18:50
Azərbaycanlı sənətçi Türkiyədə dekan təyin olundu18.02.2026 - 18:40
“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edilib18.02.2026 - 18:30
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının iclasında WUF13-ə hazırlıq müzakirə olunub18.02.2026 - 18:20
Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb18.02.2026 - 18:15
Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub18.02.2026 - 18:05
Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbilərin qəbuluna olan qadağadan imtina edib18.02.2026 - 17:55
COVID, yoxsa qrip? Təhlükəli xəstəlikləri bir neçə dəqiqəyə ayırd etməyin sadə yolu18.02.2026 - 17:51
İnşaat Kollecinə yeni direktor təyin olunub18.02.2026 - 17:47
“Apple” martda bir neçə yeni məhsulunu təqdim edəcək18.02.2026 - 17:42
Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu başlanıb18.02.2026 - 17:40
Vahid elektron səhiyyə platforması yaradılır18.02.2026 - 17:32
MEK-də yeni elmi nəşrlərin sərgisi açılıb18.02.2026 - 17:30
Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub18.02.2026 - 17:25
BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub 18.02.2026 - 17:23
“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb18.02.2026 - 17:17
Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"18.02.2026 - 17:11
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Xaçmazda vətəndaşın müraciətlərini dinləyəcək18.02.2026 - 17:07
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb18.02.2026 - 17:02
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır18.02.2026 - 17:00
Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib18.02.2026 - 16:51
Gülbacı İmanovanın yubileyi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert18.02.2026 - 16:47
Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib18.02.2026 - 16:38
Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib18.02.2026 - 16:30
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu – elmi seminar18.02.2026 - 16:21
68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - Rəsmi18.02.2026 - 16:15
Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub18.02.2026 - 16:07
Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib18.02.2026 - 16:00
STEAM'ool olimpiadasına qeydiyyat başladı18.02.2026 - 15:51
Bakı Dövlət Universiteti və bp arasında yeni əməkdaşlıq sazişi18.02.2026 - 15:42
Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama18.02.2026 - 15:38
Hava kəskin dəyişəcək, güclü qar yağacaq - Xəbərdarlıq18.02.2026 - 15:27
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib 18.02.2026 - 15:18
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu18.02.2026 - 15:09
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 18.02.2026 - 15:00
Firudin Qurbanov gənclərlə motivasiya və karyera görüşü keçirib18.02.2026 - 13:59
Bu qədər tələbə təqaüd proqramından yararlanıb18.02.2026 - 13:49
Təhsil Nazirliyi kollegiya iclası keçirib - FOTO18.02.2026 - 13:37
İcma əsaslı qruplara bu qədər uşaq cəlb olunub18.02.2026 - 13:25
Naxçıvanda peşə təhsilinə qəbul artıb18.02.2026 - 13:12
İnşaat Kollecinə yeni direktor təyin olunub - FOTO18.02.2026 - 12:59
Mingəçevirdə məktəb bufetində yanğın olub18.02.2026 - 12:46
11-ci sinif şagirdi pəncərədən yıxılıb18.02.2026 - 12:32