Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu başlanıb

5318.02.2026 - 17:40
Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu başlanıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil365"ə bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi martın 5 dək davam edəcək. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

Qeyd edək ki, orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və aprelin 19-da keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və aprelin 19-da keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

2025-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də fevralın 18-dən martın 5-dək qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir).

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DİM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır.

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova18.02.2026 - 19:20
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00
Bu qrupda yeni ixtisaslar yaradılır18.02.2026 - 18:50
Azərbaycanlı sənətçi Türkiyədə dekan təyin olundu18.02.2026 - 18:40
“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edilib18.02.2026 - 18:30
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının iclasında WUF13-ə hazırlıq müzakirə olunub18.02.2026 - 18:20
Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb18.02.2026 - 18:15
Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub18.02.2026 - 18:05
Mətanət Əliyeva: “Travmadan qurtulmaq onu unutmaq deyil”18.02.2026 - 18:00
Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbilərin qəbuluna olan qadağadan imtina edib18.02.2026 - 17:55
COVID, yoxsa qrip? Təhlükəli xəstəlikləri bir neçə dəqiqəyə ayırd etməyin sadə yolu18.02.2026 - 17:51
İnşaat Kollecinə yeni direktor təyin olunub18.02.2026 - 17:47
“Apple” martda bir neçə yeni məhsulunu təqdim edəcək18.02.2026 - 17:42
Vahid elektron səhiyyə platforması yaradılır18.02.2026 - 17:32
MEK-də yeni elmi nəşrlərin sərgisi açılıb18.02.2026 - 17:30
Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub18.02.2026 - 17:25
BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub 18.02.2026 - 17:23
“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb18.02.2026 - 17:17
Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"18.02.2026 - 17:11
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Xaçmazda vətəndaşın müraciətlərini dinləyəcək18.02.2026 - 17:07
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb18.02.2026 - 17:02
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır18.02.2026 - 17:00
Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib18.02.2026 - 16:51
Gülbacı İmanovanın yubileyi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert18.02.2026 - 16:47
Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib18.02.2026 - 16:38
Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib18.02.2026 - 16:30
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu – elmi seminar18.02.2026 - 16:21
68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - Rəsmi18.02.2026 - 16:15
Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub18.02.2026 - 16:07
Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib18.02.2026 - 16:00
STEAM'ool olimpiadasına qeydiyyat başladı18.02.2026 - 15:51
Bakı Dövlət Universiteti və bp arasında yeni əməkdaşlıq sazişi18.02.2026 - 15:42
Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama18.02.2026 - 15:38
Hava kəskin dəyişəcək, güclü qar yağacaq - Xəbərdarlıq18.02.2026 - 15:27
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib 18.02.2026 - 15:18
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu18.02.2026 - 15:09
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 18.02.2026 - 15:00
Firudin Qurbanov gənclərlə motivasiya və karyera görüşü keçirib18.02.2026 - 13:59
Bu qədər tələbə təqaüd proqramından yararlanıb18.02.2026 - 13:49
Təhsil Nazirliyi kollegiya iclası keçirib - FOTO18.02.2026 - 13:37
İcma əsaslı qruplara bu qədər uşaq cəlb olunub18.02.2026 - 13:25
Naxçıvanda peşə təhsilinə qəbul artıb18.02.2026 - 13:12
İnşaat Kollecinə yeni direktor təyin olunub - FOTO18.02.2026 - 12:59
Mingəçevirdə məktəb bufetində yanğın olub18.02.2026 - 12:46
11-ci sinif şagirdi pəncərədən yıxılıb18.02.2026 - 12:32