Milli Kitabxanada “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı kitab sərgisi və “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.
Kitabxanadan “Tehsil365"ə bildirilib ki, sərgidə şairin şeirləri, poemaları, pyesləri, elmi, ədəbi-tənqidi əsərləri, müəllifi olduğu dərsliklər, tərcümələri, tərtibçi, “Ön söz” müəllifi, məsləhətçi, rəyçi və redaktoru olduğu kitablar yer alıb. Həmçinin Nəriman Həsənzadənin həyatı, dramaturgiyası, lirikası, əsərlərində tarixilik və müasirlik, estetika məsələləri və s. yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

