Növbəti tədris ilində I qrupun Rİ (riyaziyyat-informatika) alt qrupu üzrə iki yeni ixtisasın açılması gözlənilir.
“Tehsil365” xəbər verir ki, bu barədə təhsil eksperti Ramin Nurəliyev sosial şəbəkə hesabında paylaşım edib.
"2026-2027-ci tədris ilində açılması ehtimal olunan yeni ixtisaslar “Süni intellekt” və “Proqram təminatı mühəndisliyi” ola bilər", - deyə R.Nurəliyev qeyd edib.

