Təhsil 365 - Logo Mobile

Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova

7718.02.2026 - 19:20
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova

Regionlarda təhsil keyfiyyətinin artırılması məsələsi son illər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. İnfrastrukturun yenilənməsi, müəllim potensialının gücləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar ictimai maraq doğurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova “Tehsil365"ə açıqlama verib.

Deputat bildirib ki, “Region məktəblərində təhsil keyfiyyətinin yüksəldilməsi dövlət təhsil siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə sistemli tədbirlər həyata keçirilir. İlk növbədə, müəllim potensialının gücləndirilməsi məqsədilə regionlarda fəaliyyət göstərən pedaqoqlar üçün davamlı ixtisasartırma proqramları təşkil olunur, sertifikatlaşdırma prosesi mərhələli şəkildə tətbiq edilir və nəticələrə əsaslanan əməkhaqqı mexanizmi genişləndirilir. Bu yanaşma müəllimlərin peşəkar inkişafını stimullaşdırmaqla yanaşı, tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.”

Onun sözlərinə görə, məktəblərin maddi-texniki bazasının yenilənməsi istiqamətində də mühüm işlər görülür: “Son illərdə yüzlərlə təhsil müəssisəsi əsaslı təmir olunub, yeni məktəb binaları inşa edilib, laboratoriya və fənn kabinetləri müasir avadanlıqlarla təmin olunub. Region məktəblərinin sürətli internetə çıxışı genişləndirilib, rəqəmsal tədris resurslarından istifadə imkanları artırılıb, elektron jurnal və platformalar vasitəsilə idarəetmədə şəffaflıq gücləndirilib.”

Deputat qeyd edib ki, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi məqsədilə milli qiymətləndirmə mexanizmləri də təkmilləşdirilir: “Buraxılış və monitorinq imtahanlarının nəticələri əsasında məktəblər üzrə inkişaf planları hazırlanır. Aşağı nəticə göstərən məktəblər üçün hədəfli metodiki dəstək proqramları tətbiq olunur, təlim nəticələrinə görə fərqləndirilmiş yanaşma formalaşdırılır.”

Elnarə Akimova əlavə edib ki, regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, inklüziv təhsilin inkişafı, psixoloji xidmətlərin gücləndirilməsi və valideyn-məktəb əməkdaşlığının artırılması istiqamətində də ardıcıl addımlar atılır.

“Görülən tədbirlərin məqsədi regionlar üzrə təhsil imkanları arasında fərqləri minimuma endirmək və hər bir şagird üçün keyfiyyətli təhsilə bərabər çıxışı təmin etməkdir”, – deyə deputat vurğulayıb

Nərmin Mustafayeva

Xəbər Lenti

Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00
Bu qrupda yeni ixtisaslar yaradılır18.02.2026 - 18:50
Azərbaycanlı sənətçi Türkiyədə dekan təyin olundu18.02.2026 - 18:40
“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edilib18.02.2026 - 18:30
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının iclasında WUF13-ə hazırlıq müzakirə olunub18.02.2026 - 18:20
Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb18.02.2026 - 18:15
Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub18.02.2026 - 18:05
Mətanət Əliyeva: “Travmadan qurtulmaq onu unutmaq deyil”18.02.2026 - 18:00
Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbilərin qəbuluna olan qadağadan imtina edib18.02.2026 - 17:55
COVID, yoxsa qrip? Təhlükəli xəstəlikləri bir neçə dəqiqəyə ayırd etməyin sadə yolu18.02.2026 - 17:51
İnşaat Kollecinə yeni direktor təyin olunub18.02.2026 - 17:47
“Apple” martda bir neçə yeni məhsulunu təqdim edəcək18.02.2026 - 17:42
Ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu başlanıb18.02.2026 - 17:40
Vahid elektron səhiyyə platforması yaradılır18.02.2026 - 17:32
MEK-də yeni elmi nəşrlərin sərgisi açılıb18.02.2026 - 17:30
Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub18.02.2026 - 17:25
BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub 18.02.2026 - 17:23
“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb18.02.2026 - 17:17
Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"18.02.2026 - 17:11
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Xaçmazda vətəndaşın müraciətlərini dinləyəcək18.02.2026 - 17:07
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb18.02.2026 - 17:02
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır18.02.2026 - 17:00
Alyona Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib18.02.2026 - 16:51
Gülbacı İmanovanın yubileyi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş konsert18.02.2026 - 16:47
Şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib18.02.2026 - 16:38
Mədəniyyət naziri Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib18.02.2026 - 16:30
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu – elmi seminar18.02.2026 - 16:21
68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - Rəsmi18.02.2026 - 16:15
Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub18.02.2026 - 16:07
Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni 95 illiyi münasibətilə təbrik edib18.02.2026 - 16:00
STEAM'ool olimpiadasına qeydiyyat başladı18.02.2026 - 15:51
Bakı Dövlət Universiteti və bp arasında yeni əməkdaşlıq sazişi18.02.2026 - 15:42
Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama18.02.2026 - 15:38
Hava kəskin dəyişəcək, güclü qar yağacaq - Xəbərdarlıq18.02.2026 - 15:27
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib 18.02.2026 - 15:18
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu18.02.2026 - 15:09
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 18.02.2026 - 15:00
Firudin Qurbanov gənclərlə motivasiya və karyera görüşü keçirib18.02.2026 - 13:59
Bu qədər tələbə təqaüd proqramından yararlanıb18.02.2026 - 13:49
Təhsil Nazirliyi kollegiya iclası keçirib - FOTO18.02.2026 - 13:37
İcma əsaslı qruplara bu qədər uşaq cəlb olunub18.02.2026 - 13:25
Naxçıvanda peşə təhsilinə qəbul artıb18.02.2026 - 13:12
İnşaat Kollecinə yeni direktor təyin olunub - FOTO18.02.2026 - 12:59
Mingəçevirdə məktəb bufetində yanğın olub18.02.2026 - 12:46
11-ci sinif şagirdi pəncərədən yıxılıb18.02.2026 - 12:32