Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev 23 may 1958-ci ildə Böyükdüz kəndində, Naxçıvan rayonu ərazisində dünyaya göz açmışdır.
"Tehsil365" xəbər verir ki, O, gənc yaşlarından Vətənə bağlılığı və prinsipial mövqeyi ilə seçilmişdir.
Birinci Qarabağ müharibəsi başlanarkən Yusif Mirzəyev torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmış, ön cəbhədə igidlik nümunəsi göstərmişdir. Döyüş yoldaşlarının xatirələrinə görə, o, çətin əməliyyatlarda xüsusi cəsarət və qətiyyət nümayiş etdirirdi.
19 fevral 1993-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Göstərdiyi şücaətə görə Yusif Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Onun adı bu gün də ehtiramla yad edilir, xatirəsi Azərbaycan xalqının yaddaşında vətənpərvərlik və fədakarlıq rəmzi kimi yaşayır.

