Təhsil 365 - Logo Mobile

Ali Hərbi Məktəbə kimlər qəbul oluna bilər? - QAYDALAR

17719.02.2026 - 07:35
Ali Hərbi Məktəbə kimlər qəbul oluna bilər? - QAYDALAR

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.Bu müəssisələrdən biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbidir.

“Tehsil365" sözügedən ali məktəbə qəbul qaydalarını təqdim edir:

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər:

Turnikdə dartınma - çəkisi 80 kq-dək olanlar üçün 10 dəfə, 80 kq-dan yuxarı olanlar üçün 8 dəfə;

Qaçış - 100 metr məsafə 15 saniyəyə, 1000 metr məsafə isə 4 dəqiqəyə;

Qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə;

Gövdənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti);

– yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti);

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda);

– yaşayış yeri və ailə tərkibi haqqında arayış, 2 nüsxədə.

Məktəbə namizədlərin ərizə və sənədlərinin qəbulu 2024-cü il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

Məlumat üçün əlaqə telefonları:

(012) 560-27-00;

(012) 513-23-06;

(012) 590-65-07.

Zeynəb Quluyeva

Xəbər Lenti

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb03.10.2026 - 14:14
Suqovuşanın azad edilməsindən 6 il ötür03.10.2026 - 14:11
3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür03.10.2026 - 14:06
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq03.10.2026 - 10:01
Həftəsonu intensiv yağış yağacaq03.10.2026 - 09:38
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Zamin Rəhimova həsr olunacaq03.10.2026 - 09:30
"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans təşkil olunub03.10.2026 - 08:54
Fransada lisey şagirdləri etiraz edib03.10.2026 - 08:27
Prezident İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidentinin görüşü keçirilib03.10.2026 - 08:19
Baxçakürd məktəbində Pedaqoji Şura iclası kecirilib.02.10.2026 - 19:46
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub02.10.2026 - 19:45
Nəriman Nərimanovun Xatirə Muzeyini xarici qonaqlar ziyarət edib02.10.2026 - 19:40
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı02.10.2026 - 19:15
ADA Universitetinin rektoru Hafiz Paşayev təltif edildi02.10.2026 - 19:02
Bakıda Üzgüçülük üzrə ikinci yarış günü yekunlaşıb02.10.2026 - 18:32
Prokurorluğa qəbul imtahanının vaxtı açıqlanıb02.10.2026 - 18:03
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 17:54
DTX kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq yaydı02.10.2026 - 17:21
Xəzər Universitetinin tələbələri ADEX 2026-da innovativ layihələri ilə diqqət çəkdi02.10.2026 - 17:11
BDU-da müəllimlərə süni intellekt öyrədiləcək02.10.2026 - 17:05
ADNSU tələbələri beş ölkədə təhsil alacaq 02.10.2026 - 16:58
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib02.10.2026 - 16:50
Qarabağ Universitetində yeni təşəbbüslər təqdim edilib02.10.2026 - 16:31
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb02.10.2026 - 16:17
Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub02.10.2026 - 15:44
Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb02.10.2026 - 15:37
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur02.10.2026 - 15:27
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək02.10.2026 - 15:20
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır02.10.2026 - 15:15
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib02.10.2026 - 15:10
Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı02.10.2026 - 15:01
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq02.10.2026 - 14:54
Tanımış jurnalist, səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb02.10.2026 - 14:45
Rektor BP-nin AzMİU-ya dəstəyindən danışdı: “6-7 laboratoriya yaradılıb”02.10.2026 - 14:38
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 14:21
BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim02.10.2026 - 13:34
AzTU-da “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib02.10.2026 - 13:20
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib02.10.2026 - 13:07
Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb02.10.2026 - 13:02
Ötən ay BŞTİ-yə 19 897 müraciət daxil olub02.10.2026 - 12:55
ADU və Ege Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:40
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub02.10.2026 - 12:37
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:30
UNEC-dən yeni əməkdaşlıq02.10.2026 - 12:24
MDU Elmi Şurasının növbədənkənar toplantısı baş tutub02.10.2026 - 12:20
1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10