Şəkərli içkilər yeniyetmələrdə yalnız fiziki sağlamlıq problemləri ilə deyil, həm də psixi durumla bağlı ola bilər.
“Tehsil365" xarici KİV-ə istinadən xəbər verir ki, aparılan yeni elmi icmal; qazlı sular, enerji içkiləri, şirinləşdirilmiş meyvə şirələri kimi içkilərin yüksək miqdarda istehlakı ilə yeniyetmələrdə artan təşviş (anxiety) simptomları arasında ardıcıl bir bağlılıq aşkar edib.
Bir neçə tədqiqatın nəticələrinə görə, böyük miqdarda şəkərli içki qəbul edən yeniyetmələrdə təşviş simptomlarına daha çox rast gəlinir. Yeni araşdırma hesabatı, yüksək şəkərli içki qəbulu ilə yeniyetmələrdəki təşviş halları arasında aydın bir əlaqə olduğunu təsdiqləyir.
Bornmut Universitetinin tədqiqatçıları pəhriz və psixi sağlamlıq arasındakı münasibəti araşdıran bir çox əvvəlki işin tapıntılarını genişmiqyaslı icmalda bir araya gətiriblər. Komanda birləşdirilmiş məlumatları təhlil edərək, müxtəlif gənc qrupları üçün xarakterik olan qanunauyğunluqları müəyyən edib. Tədqiqatın nəticələri "Journal of Human Nutrition and Dietetics" jurnalında dərc olunub.

