Səhər yeməyi zamanı tez-tez edilən səhvlər sağlamlığa mənfi təsirini göstərir.
“Tehsil365" xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı dietoloq Vanessa Leon "Hola" nəşrinə müsahibəsində insanlara xəbərdarlıq edib.Dietoloq qeyd edib ki, qidaların sıralanmasına diqqət edilməlidir:
"Belə ki, bir çoxları bir stəkan təzə sıxılmış portağal suyu, tam taxıl çörəyi və meyvələrdən ibarət səhər yeməyini faydalı hesab edirlər. Lakin belə bir qida qəbulu qanda qlükoza səviyyəsinin qəfil sıçrayışlarına gətirib çıxara bilər, bir neçə saat sonra isə insan yenidən aclıq hiss edəcək".
Ən önəmlisi həkim günə karbohidratlar və şirniyyatlarla deyil, yumurta, vetçina və pendirin tərkibində olan proteinlərlə başlamağı tövsiyə edib:
"Bu qidalar lifli məhsullarla birləşdirilməlidir. Yalnız bundan sonra meyvələrə və şirniyyatlara keçid etmək olar, çünki onların tərkibindəki şəkər mədəyə daxil olduqdan sonra qan dövranına daha yavaş sorulacaq".

