Təhsil 365 - Logo Mobile

Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində

7919.02.2026 - 10:40
Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycanda kapitalizmin inkişafı təhsil sahəsinə də müsbət təsir göstərmişdi. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin “Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində” adlı sənədlər toplusunun II hissəsi XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edir.

“Tehsil365" xəbər verir ki, sənədlər toplusu Şimali Azərbaycanda təhsilin inkişafı, ona təsir edən amillər, Azərbaycan dilində təhsil verilməsi, milli dərsliklərin hazırlanması, dünyəvi təhsilin ön plana çıxarılması, milli məktəblərin formalaşdırılması və s. haqqında arxiv sənədlərini özündə ehtiva edir. Kitabın hazırlanmasında məqsəd XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycan ərazisində xalqın maariflənməsi, savadsızlığın aradan qaldırılması, milli kadrların hazırlanması və bütövlükdə təhsilin inkişafı sahəsində görülmüş işlərlə geniş oxucu kütləsini tanış etməkdir.

Kitabda sənədlərin kompüterdə yazılmış mətnləri ilə yanaşı, oxucuya sənədlərlə vizual tanışlıq imkanının yaradılması məqsədilə onların surətləri də yerləşdirilib. Sənədlərin bir çoxu ilk dəfə olaraq nəşr edilir.

Topluda sənədlər əsasən xronoloji, həmçinin mövzu və konkret sahələr (cəmiyyətlər, məktəblər və s.) üzrə ardıcıllıqla yerləşdirilib. Bu səbəbdən, bəzi hallarda xronoloji ardıcıllıq pozulub. Məlumat, hesabat, arayış xarakterli bəzi sənədlərin tarixi qeyri-müəyyən olduğundan onlar uyğun gələn illərə aid hissədə yerləşdirilib. Kitaba daxil edilmiş sənədlər xüsusiyyətlərinə görə çoxşaxəlidir. Bu sıraya müxtəlif qurum və təşkilatlarla, daha çox Qafqaz Tədris Dairəsinin qəyyumu, Bakı qradonaçalniki, Bakı quberniyası, Bakı-Dağıstan xalq məktəbləri direktorları ilə yazışmalar, ərizələr, cədvəllər və s. sənədlər daxildir.

Nəşrin məsul redaktoru filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.

Aydan Ələkbərova

Xəbər Lenti

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə vebinar keçiriləcək19.02.2026 - 12:53
DİM: 19 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb19.02.2026 - 12:42
BDU Kamerunun Kesmonds Beynəlxalq Universiteti ilə əməkdaşlıq edəcək19.02.2026 - 12:30
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb - FOTOLAR19.02.2026 - 12:20
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR19.02.2026 - 12:11
“İnnovasiya və Süni İntellekt” Təqaüd Proqramı üzrə infosessiyalara start verilib - FOTOLAR19.02.2026 - 12:00
BDU-nun iki tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub - FOTO19.02.2026 - 11:39
Mustafa Aşurovun rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq19.02.2026 - 11:28
“Bir səs – bir nəfəs” adlı konsert proqramı təqdim olunub19.02.2026 - 11:17
Azərbaycanın aqrar inkişafına dair yeni kollektiv monoqrafiya nəşr olunub19.02.2026 - 11:07
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19.02.2026 - 10:53
Çin televiziyası Azərbaycanda Çin Yeni ilinin qeyd edilməsi haqqında reportaj yayımlayıb - FOTO19.02.2026 - 10:29
Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi19.02.2026 - 10:18
Elm və Təhsil Nazirliyində peşə ixtisaslarının yenilənməsi ilə bağlı İşçi qrupun ilk iclası keçirilib19.02.2026 - 10:10
“Məktəblərdə zorakılıq uşaqların dərsə marağını azaldır” – Psixoloq Nabat Mirzəyeva19.02.2026 - 09:55
“Dil öyrənmək üçün davamlı praktika vacibdir” — İngilis dili müəllimi Lamiyə Quliyeva19.02.2026 - 09:45
Gənclərin mənəvi tərbiyəsində dinin rolu böyükdür — İlahiyyatçı Cəmil Musayev19.02.2026 - 09:34
Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə keçirilir19.02.2026 - 09:30
Səhər yeməyi zamanı tez-tez edilən səhvlər sağlamlığa mənfi təsir göstərir19.02.2026 - 09:21
Şəkərli içkilər yeniyetmələrdə təşviş və həyəcana səbəb olur19.02.2026 - 09:13
Yer kürəsi "ölür"?19.02.2026 - 09:00
Ramazanda düzgün qidalanma qaydaları19.02.2026 - 08:48
9-cu sinif şagirdi Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub19.02.2026 - 08:37
Rusiyada 7-ci sinif şagirdi məktəbdə həmyaşıdını bıçaqlayıb19.02.2026 - 08:30
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 08:17
374 nəfər təhsil müəssisələrində işlə təmin olunub19.02.2026 - 08:06
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 07:55
Ucarda məktəb binası yanıb19.02.2026 - 07:44
Ali Hərbi Məktəbə kimlər qəbul oluna bilər? - QAYDALAR19.02.2026 - 07:35
Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar19.02.2026 - 07:25
Azərbaycanda Ramazan ayı başlayıb19.02.2026 - 07:12
Bu gün 23 dərəcə isti olacaq 19.02.2026 - 07:00
Bristol məktəbi yeni milli musiqi kurikulumunu ölkədə ilk sınaqdan keçirən məktəblərdən oldu19.02.2026 - 06:54
Kibertəhlükəsizlikdə süni intellektin rolu onilliklərdir artırılır19.02.2026 - 06:36
36 universitet tələbə iddiaları ilə üzləşir: 170.000-dən çox tələbə tam təhsil haqqını almadığını iddia edir19.02.2026 - 06:18
ABŞ tələbə və professorlarına çağırış: Epşteyn sənədlərinin universitetinizə təsiri barədə məlumat verin19.02.2026 - 06:00
Aİ-də yaşayan britaniyalı məzunlar tələbə kreditləri üzrə daha yüksək ödənişlərlə üzləşirlər19.02.2026 - 05:42
Thomas Edison fonoqrafı patentləşdirdi – 187819.02.2026 - 05:18
Vəzir İsa oğlu Sədiyev (1961–1993) – Azərbaycanın Milli Qəhrəmanı19.02.2026 - 05:06
Yusif Mirzəyev (1958–1993) – Azərbaycanın Milli Qəhrəmanı19.02.2026 - 04:54
Tatyana Yevqenyevna Çaladze (1959–2017) – tanınmış jurnalist19.02.2026 - 04:36
Rafiq Hüseyn oğlu Əlizadə (1949–2021) – görkəmli futbolçu və məşqçi19.02.2026 - 04:18
Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921–1969) – görkəmli tarzən və Əməkdar artist19.02.2026 - 04:00
Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova18.02.2026 - 19:20
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00