Təhsil 365 - Logo Mobile

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

5219.02.2026 - 12:11
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Türk Birliyinin Fədailəri (Birinci Türkoloji Qurultayın 100 ili)” adlı dəyirmi masa keçirilib.

Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi platformada bir araya gəlməsi baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru professor İkram Ağasiyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin I Türkoloji Qurultayın təşkilində rolu” mövzusunda məruzə ilə çıxış edərək cəmiyyətin qurultayın keçirilməsində oynadığı rolu təhlil edib. Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırova isə “M.A. Şahtaxtlının fəaliyyətində türk əlifbasının islahatı məsələləri” mövzusunda məruzə ilə çıxış edərək əlifba islahatı ideyalarının formalaşması tarixini, elmi əsaslarını diqqətə çatdırıb.

Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Ümumittifaq Türkoloji Qurultaya siyasi mühacirlərin baxışı” adlı məruzəsində vurğulayıb ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınıb.

Digər çıxış edən alimlər də Qurultayın Türkiyədəki islahatlara təsiri, tarixşünaslığı, yeni arxiv materialları və Mehmet Fuad Köprülünün elmi fəaliyyəti barədə məlumat veriblər.

Yekunda qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında müstəsna mərhələdir və bu irsin öyrənilməsi müasir Türk dünyasının birliyi üçün böyük əhəmiyyət kəsb edir.

Aydan Ələkbərova

Xəbər Lenti

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə vebinar keçiriləcək19.02.2026 - 12:53
DİM: 19 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb19.02.2026 - 12:42
BDU Kamerunun Kesmonds Beynəlxalq Universiteti ilə əməkdaşlıq edəcək19.02.2026 - 12:30
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb - FOTOLAR19.02.2026 - 12:20
“İnnovasiya və Süni İntellekt” Təqaüd Proqramı üzrə infosessiyalara start verilib - FOTOLAR19.02.2026 - 12:00
BDU-nun iki tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub - FOTO19.02.2026 - 11:39
Mustafa Aşurovun rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq19.02.2026 - 11:28
“Bir səs – bir nəfəs” adlı konsert proqramı təqdim olunub19.02.2026 - 11:17
Azərbaycanın aqrar inkişafına dair yeni kollektiv monoqrafiya nəşr olunub19.02.2026 - 11:07
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19.02.2026 - 10:53
Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində19.02.2026 - 10:40
Çin televiziyası Azərbaycanda Çin Yeni ilinin qeyd edilməsi haqqında reportaj yayımlayıb - FOTO19.02.2026 - 10:29
Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi19.02.2026 - 10:18
Elm və Təhsil Nazirliyində peşə ixtisaslarının yenilənməsi ilə bağlı İşçi qrupun ilk iclası keçirilib19.02.2026 - 10:10
“Məktəblərdə zorakılıq uşaqların dərsə marağını azaldır” – Psixoloq Nabat Mirzəyeva19.02.2026 - 09:55
“Dil öyrənmək üçün davamlı praktika vacibdir” — İngilis dili müəllimi Lamiyə Quliyeva19.02.2026 - 09:45
Gənclərin mənəvi tərbiyəsində dinin rolu böyükdür — İlahiyyatçı Cəmil Musayev19.02.2026 - 09:34
Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə keçirilir19.02.2026 - 09:30
Səhər yeməyi zamanı tez-tez edilən səhvlər sağlamlığa mənfi təsir göstərir19.02.2026 - 09:21
Şəkərli içkilər yeniyetmələrdə təşviş və həyəcana səbəb olur19.02.2026 - 09:13
Yer kürəsi "ölür"?19.02.2026 - 09:00
Ramazanda düzgün qidalanma qaydaları19.02.2026 - 08:48
9-cu sinif şagirdi Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub19.02.2026 - 08:37
Rusiyada 7-ci sinif şagirdi məktəbdə həmyaşıdını bıçaqlayıb19.02.2026 - 08:30
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 08:17
374 nəfər təhsil müəssisələrində işlə təmin olunub19.02.2026 - 08:06
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 07:55
Ucarda məktəb binası yanıb19.02.2026 - 07:44
Ali Hərbi Məktəbə kimlər qəbul oluna bilər? - QAYDALAR19.02.2026 - 07:35
Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar19.02.2026 - 07:25
Azərbaycanda Ramazan ayı başlayıb19.02.2026 - 07:12
Bu gün 23 dərəcə isti olacaq 19.02.2026 - 07:00
Bristol məktəbi yeni milli musiqi kurikulumunu ölkədə ilk sınaqdan keçirən məktəblərdən oldu19.02.2026 - 06:54
Kibertəhlükəsizlikdə süni intellektin rolu onilliklərdir artırılır19.02.2026 - 06:36
36 universitet tələbə iddiaları ilə üzləşir: 170.000-dən çox tələbə tam təhsil haqqını almadığını iddia edir19.02.2026 - 06:18
ABŞ tələbə və professorlarına çağırış: Epşteyn sənədlərinin universitetinizə təsiri barədə məlumat verin19.02.2026 - 06:00
Aİ-də yaşayan britaniyalı məzunlar tələbə kreditləri üzrə daha yüksək ödənişlərlə üzləşirlər19.02.2026 - 05:42
Thomas Edison fonoqrafı patentləşdirdi – 187819.02.2026 - 05:18
Vəzir İsa oğlu Sədiyev (1961–1993) – Azərbaycanın Milli Qəhrəmanı19.02.2026 - 05:06
Yusif Mirzəyev (1958–1993) – Azərbaycanın Milli Qəhrəmanı19.02.2026 - 04:54
Tatyana Yevqenyevna Çaladze (1959–2017) – tanınmış jurnalist19.02.2026 - 04:36
Rafiq Hüseyn oğlu Əlizadə (1949–2021) – görkəmli futbolçu və məşqçi19.02.2026 - 04:18
Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921–1969) – görkəmli tarzən və Əməkdar artist19.02.2026 - 04:00
Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq18.02.2026 - 19:30
Region məktəblərində təhsil keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülür – Deputat Elnarə Akimova18.02.2026 - 19:20
"İki könül görüşəndə" konsert programı təqdim olunub 18.02.2026 - 19:10
Türkiyə dünyada ən çox serial ixrac edən ölkələrdəndir18.02.2026 - 19:00