Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbəsinə təqaüd ayrılıb.
Bu barədə “Tehsil365"ə BANM-dən məlumat verilib. Təqaüd kartlarının təqdim olunması tədbirində çıxış edən BANM-in rektoru Elmar Qasımov Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirərək bu təşəbbüsün tələbələr üçün böyük motivasiya olduğunu vurğulayıb.
Tələbə Mehri Məmmədli çıxışında bu təqaüdün onlar üçün əlavə stimul olduğunu qeyd edib.
Daha sonra tələbələrə təqaüd kartları təqdim edilib.
Tədbir çərçivəsində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanova "Fəxri qonaq" plaketi təqdim edilib.

