Təhsil 365 - Logo Mobile

NDU ilə Yıldız Texniki Universiteti arasında Biotexnologiya Mərkəzinin yaradılması müzakirə olunub - FOTO

8919.02.2026 - 13:40
NDU ilə Yıldız Texniki Universiteti arasında Biotexnologiya Mərkəzinin yaradılması müzakirə olunub - FOTO

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 13 fevral 2026-cı il tarixində Yıldız Texniki Üniversitesinə işgüzar səfər edib.

“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində Elbrus İsayev Yıldız Texniki Universitetinin rektoru, professor Eyüp Debik ilə görüş keçirib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında biotexnologiya və tətbiqi elmlər sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Naxçıvan Dövlət Universitetində Yıldız Texniki Universitetinin elmi-metodiki və texniki dəstəyi ilə Biotexnologiya Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Qeyd olunub ki, Yıldız Texniki Universiteti biotexnologiya istiqaməti üzrə Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biridir. Universitetin güclü mühəndislik məktəbi, beynəlxalq indeksli elmi nəşrlərdə yüksək aktivliyi və inkişaf etmiş texnopark infrastrukturu onu regionun aparıcı tədqiqat mərkəzlərindən birinə çevirir. Bu sahədə formalaşmış elmi baza, müasir laboratoriya infrastrukturu və güclü kadr potensialının yeni mərkəzin effektiv fəaliyyətinə mühüm töhfə verəcəyi bildirilib.

Mərkəzin müasir avadanlıqlarla təchiz olunması, birgə elmi-tədqiqat layihələrinin icrası, doktorant və magistrantların tədqiqat imkanlarının genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bununla yanaşı, texnopark və startap fəaliyyətləri, innovasiya layihələri, universitet–sənaye əməkdaşlığı sahəsində təcrübə mübadiləsi aparılıb. “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının hazırlanması, tələbə və professor-müəllim heyətinin mübadilə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Görüşün yekununda tərəflər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, Biotexnologiya Mərkəzinin yaradılması ilə bağlı konkret fəaliyyət planının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq qrant proqramlarında ortaq iştirak barədə razılığa gəliblər.

Qeyd edək ki, universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsi 2021-ci ildə imzalanıb.



Aydan Ələkbərova

Xəbər Lenti

“Tamştatlı müəllim" modeli nə vaxt tətbiq ediləcək? 19.02.2026 - 15:00
Tələbə kreditlərinə müraciətlər artıb: qızlar çoxdur19.02.2026 - 14:46
Musiqi müəllimlərinin sertifikasiyası necə keçiriləcək? - DETALLAR19.02.2026 - 14:35
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 14:24
Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 14:12
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb19.02.2026 - 14:00
Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub19.02.2026 - 14:00
Dövlət İmtahan Mərkəzində dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib - FOTO19.02.2026 - 13:54
Məktəblərdə hərbi rəhbərin işə qəbulu üçün test imtahanı keçirilib - FOTO19.02.2026 - 13:50
Tovuz məktəbində sobadan tüstülənmə baş verib19.02.2026 - 13:45
BDU-da “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib19.02.2026 - 13:31
BDU tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsinə başlayıblar - FOTO19.02.2026 - 13:26
Daşkəsən kobaltının emalına dair yeni tədqiqat işi çapdan çıxıb19.02.2026 - 13:20
Sabah hava necə olacaq? 19.02.2026 - 13:10
Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub - FOTO19.02.2026 - 13:02
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə vebinar keçiriləcək19.02.2026 - 12:53
DİM: 19 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb19.02.2026 - 12:42
BDU Kamerunun Kesmonds Beynəlxalq Universiteti ilə əməkdaşlıq edəcək19.02.2026 - 12:30
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb - FOTOLAR19.02.2026 - 12:20
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR19.02.2026 - 12:11
“İnnovasiya və Süni İntellekt” Təqaüd Proqramı üzrə infosessiyalara start verilib - FOTOLAR19.02.2026 - 12:00
BDU-nun iki tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub - FOTO19.02.2026 - 11:39
Mustafa Aşurovun rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq19.02.2026 - 11:28
“Bir səs – bir nəfəs” adlı konsert proqramı təqdim olunub19.02.2026 - 11:17
Azərbaycanın aqrar inkişafına dair yeni kollektiv monoqrafiya nəşr olunub19.02.2026 - 11:07
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19.02.2026 - 10:53
Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində19.02.2026 - 10:40
Çin televiziyası Azərbaycanda Çin Yeni ilinin qeyd edilməsi haqqında reportaj yayımlayıb - FOTO19.02.2026 - 10:29
Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi19.02.2026 - 10:18
Elm və Təhsil Nazirliyində peşə ixtisaslarının yenilənməsi ilə bağlı İşçi qrupun ilk iclası keçirilib19.02.2026 - 10:10
“Məktəblərdə zorakılıq uşaqların dərsə marağını azaldır” – Psixoloq Nabat Mirzəyeva19.02.2026 - 09:55
“Dil öyrənmək üçün davamlı praktika vacibdir” — İngilis dili müəllimi Lamiyə Quliyeva19.02.2026 - 09:45
Gənclərin mənəvi tərbiyəsində dinin rolu böyükdür — İlahiyyatçı Cəmil Musayev19.02.2026 - 09:34
Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə keçirilir19.02.2026 - 09:30
Səhər yeməyi zamanı tez-tez edilən səhvlər sağlamlığa mənfi təsir göstərir19.02.2026 - 09:21
Şəkərli içkilər yeniyetmələrdə təşviş və həyəcana səbəb olur19.02.2026 - 09:13
Yer kürəsi "ölür"?19.02.2026 - 09:00
Ramazanda düzgün qidalanma qaydaları19.02.2026 - 08:48
9-cu sinif şagirdi Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub19.02.2026 - 08:37
Rusiyada 7-ci sinif şagirdi məktəbdə həmyaşıdını bıçaqlayıb19.02.2026 - 08:30
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 08:17
374 nəfər təhsil müəssisələrində işlə təmin olunub19.02.2026 - 08:06
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 07:55
Ucarda məktəb binası yanıb19.02.2026 - 07:44
Ali Hərbi Məktəbə kimlər qəbul oluna bilər? - QAYDALAR19.02.2026 - 07:35
Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar19.02.2026 - 07:25
Azərbaycanda Ramazan ayı başlayıb19.02.2026 - 07:12