Təhsil 365 - Logo Mobile

Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub

3419.02.2026 - 14:00
Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub

Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin yenidən qurulmasından sonra açılışı olub.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, bu münasibətlə təşkil olunmuş tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Müasir Dillər Universitetinin rektoru Şahid Mahmud Kayani, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, bu ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Universitetin rektoru Şahid Mahmud Kayani Azərbaycan və Pakistanın iki dost və qardaş ölkə olduqlarını bildirib. O, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında mövcud çoxşaxəli əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını, pakistanlı və o cümlədən dünyanın müxtəlif ölkələrdən olan tələbələrin Mərkəzə xüsusi diqqət göstərdiyini bildirib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən ünvanlanmış video-müraciətdə o, möhkəm təməllər üzərində qurulmuş və dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərində təhsil sahəsində əməkdaşlığımızın əhəmiyyətindən danışıb və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hər iki ölkə rəhbərləri tərəfindən qarşıya qoyulmuş missiyanın vacibliyini vurğulayaraq, bu istiqamətdə ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz növbəsində Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafından söhbət açaraq, ötən dövrlər ərzində bu istiqamətdə görülmüş işlərdən bəhs edib.

Səfir, 2022-ci ilin iyun ayından etibarən fəaliyyət göstərən və hazırda əsaslı yenidən qurma işlərindən sonra inaqurasiyası keçirilən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin elm, təhsil, mədəni və humanitar sahələr üzrə iki dost və qardaş ölkələr arasındakı münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Mərkəzin fəaliyyəti ilə bağlı göstərilən dəstəyə görə NUML-ın rəhbərliyini təşəkkür edib.

Zəhra Ağayeva

Xəbər Lenti

İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15
“MATRIX” adlı multidisiplinar qrup sərgisinin açılışı olub19.02.2026 - 19:10
Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü19.02.2026 - 19:00
Yaponiya daha çox xarici tələbə cəlb etmək istəyir19.02.2026 - 18:54
Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir19.02.2026 - 18:46
BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək19.02.2026 - 18:40
Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə - 31 rayonda 12 mindən çox nöqtədə monitorinq aparılıb19.02.2026 - 18:26
Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub19.02.2026 - 18:20
Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi yenidən qurulub19.02.2026 - 18:10
Beynəlxalq Muğam Mərkəzində Ramiz Quliyevin xatirə gecəsi keçirilib19.02.2026 - 18:05
Əmək bazarında yaranan dəyişikliklər peşə ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi zərurətini yaradır19.02.2026 - 17:56
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb19.02.2026 - 17:50
GDU-da 4 elmi müəssisənin fəaliyyətinin uyğunlaşdırılması müzakirə olunub 19.02.2026 - 17:45
UNEC və Qırğız Milli Universiteti arasında magistratura üzrə ikili diplom proqramı icra olunacaq19.02.2026 - 17:40
TAU-da universitetlərlə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb19.02.2026 - 17:30
Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar19.02.2026 - 17:25
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək19.02.2026 - 17:20
Süni intellekt çağında folklor: ənənələrin transformasiyası müzakirə olunub19.02.2026 - 17:12
"Ulduz” jurnalının növbəti nömrəsi ADPU-da təqdim edilib19.02.2026 - 17:04
BMU-da Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası açılıb19.02.2026 - 16:53
Regionlar üzrə peşə təhsili alanların sayı açıqlanıb19.02.2026 - 16:42
Rəqəmsal transformasiya şəraitində distant təhsilin elmi-nəzəri əsasları sistemli araşdırılır19.02.2026 - 16:32
ETN 143 təhsil müəssisəsinin mühafizəsinə yeddi milyon manat xərcləyəcək19.02.2026 - 16:24
Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir19.02.2026 - 16:19
Emin Əmrullayev ICESCO-nun Baş qərargahına səfər edib19.02.2026 - 16:12
DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub19.02.2026 - 16:07
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı” Dövlət İmtahan Mərkəzi19.02.2026 - 16:00
Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub19.02.2026 - 15:55
UNEC və Qırğız Milli Universiteti arasında müqavilə imzalanıb19.02.2026 - 15:48
Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib19.02.2026 - 15:41
Azərbaycanda tələbə liseyə direktor təyin olundu19.02.2026 - 15:29
Təbii işığın çatışmazlığı gənclərin gözünü zədələyir19.02.2026 - 15:24
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib19.02.2026 - 15:19
BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb19.02.2026 - 15:12
Kamal Abdullanın “Ruh”u tamaşaya qoyuldu19.02.2026 - 15:07
“Tamştatlı müəllim" modeli nə vaxt tətbiq ediləcək? 19.02.2026 - 15:00
Məktəbdə elm-təhsil müzakirə olunmalıdır, baş örtüyü yox19.02.2026 - 15:00
Tələbə kreditlərinə müraciətlər artıb: qızlar çoxdur19.02.2026 - 14:46
Musiqi müəllimlərinin sertifikasiyası necə keçiriləcək? - DETALLAR19.02.2026 - 14:35
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 14:24
Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 14:12
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb19.02.2026 - 14:00
Dövlət İmtahan Mərkəzində dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib - FOTO19.02.2026 - 13:54
Məktəblərdə hərbi rəhbərin işə qəbulu üçün test imtahanı keçirilib - FOTO19.02.2026 - 13:50