2026-cı ildə bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin təşkili üçün elan olunmuş tender başa çatıb.
“Tehsil365” Oxu.az-a istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin elan etdiyi satınalmanın qalibi "GESCO" ASC olub.
Sözügedən xidmətin təşkili üçün 7 milyon 16 min 258 manat xərclənəcək.
Qeyd edək ki, mühafizə xidməti 10.5 ay davam edəcək və ümumilikdə 143 təhsil müəssisəsini əhatə edəcək.

