Təhsil 365 - Logo Mobile

Azərbaycan kinosunda neft mövzusu - Nəriman Əbdülrəhmanlı

5819.11.2023 - 11:00
Azərbaycan kinosunda neft mövzusu - Nəriman Əbdülrəhmanlı

Kulis.az Nəriman Əbdülrəhmanlının "Roman Karmen və Azərbaycan kinosunda neft mövzusu" yazısını təqdim edir.

Azərbaycan kinosunda neft böyük araşdırma tələb edən mövzudur. Kinematoqrafın Azərbaycana gəldiyi ilk vaxtlardan neft ekranın başlıca nüfuz sahələrindən olub – XX əsrin 20–50-ci illərində onlarla bədii və sənədli ekran əsərinin yaranmasına təkan verib. Janrın ən böyük nailiyyətləri isə Roman Karmenin “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dəniz fatehləri” (1959) tammetrajlı sənədli filmləri ilə bağlıdır. Roman Lazareviç Karmen (1906–1978) Odessada, yazıçı Lazar Karmenin ailəsində doğulub, ÜİDKİ-nin (Ümumittifaq Dövlət Kino İnstitutu) operatorluq fakültəsini bitirib (1932). Həmin vaxtdan Mərkəzi Sənədli Filmlər Studiyasında çalışan R.Karmen çoxsaylı sənədli filmlər çəkib. O, kino yaradıcılığına görə üç dəfə SSRİ Dövlət (1942, 1947, 1952) mükafatına, Lenin mükafatına (1960) layiq görülüb.

«Xəzər neftçiləri haqqında dastan» (ssenariçilər – N.Osipov, İ.Qasımov, R.Karmen, operatorlar – C.Məmmədov, A.Zenyagin, S.Medınski, sualtı çəkilişlər operatoru F.Leontoviç, bəstəkar Q.Qarayev, səs operatoru A.Kərimov) yazıçı N.Osipovun 1951-ci ildə yazdığı «Yeddi gəmi adası» ədəbi oçerki əsasında çəkilib. Ssenaridə materialın əsas faktları saxlansa da, müəllif bir sıra dəyişikliklər etməklə dəniz mədənlərində baş verən sürətli inkişafı nəzərə çatdırmağa müvəffəq olub. Bununla yanaşı, çəkiliş prosesində də əvvəlcədən nəzərdə tutulmayan çoxlu epizodlar lentə alınıb, nəticədə filmin təsviri materialı xeyli zənginləşib. Filmin başlıca mövzusu neft olsa da, süjet xəttini Azərbaycanın dəniz neftçilərinin qəhrəmanlığı, axtarışları, yeniliyə həvəsi təşkil edir. Kinodastanın qəhrəmanları təbiətlə çarpışmadan uğurla çıxırlar.

R.Karmen Bakı mənzərələriylə başladığı kadrları Xəzərin dalğaları arasındakı adada davam etdirib. 1950-ci illərin neft qəhrəmanı Mixail Kaveroçkinin briqadasının axtarışları, qayğıları filmin sonrakı epizodlarında başlıca yer tutur. Neftçilər dalğalarla təbiətin nəhəng qüvvələriylə döyüşərək, nəhayət, məqsədə çatırlar: qazılmış buruq neft verir. Rejissor filmi kompozisiyasına görə iki yerə bölür: Neft Daşlarının yaranma tarixi və dəniz şəhərinin indiki dövrü. 1948-ci ildə özülü qoyulmuş Neft Daşlarının 4 il ərzində keçdiyi yolun görüntülərini ustalıqla bərpa edən R.Karmen yazırdı: «...Gərək faktın bərpasının təşkili bizi kinoxronikanın, kinoreportajın həqiqi ustalığından yayındırmasın. ...Mən faktların çox diqqətlə bərpası yolu ilə getdim. Adamları salnamə materiallarına uyğun olaraq dəqiqliklə toplayırdıq».

Filmin birinci üç hissəsində tamaşaçıya çatdırılan bərpa işləri hadisələrin xronoloji ardıcıllığı ilə həyata keçirilir. R.Karmen neftçiləri özlərinin hərəkətlərini təkrarlamağa ustalıqla məcbur edib. Məhz rejissorun və operatorların ustalığı nəticəsində faktların bərpası düzgün və inandırıcı şəkildə təqdim olunub.

R.Karmen ilk nefti gözləyən neftçilərin həyəcanının doğurduğu mühiti ustalıqla canlandırır. O, yaradıcı insanın obrazını, əməyinin pafosunu xarakterik detallarla ifadə edir. Çəkilişlərdə müşahidə üsulundan geniş istifadə olunması obrazların, eləcə də hərəkətlərin səmimi və inandırıcı alınmasını şərtləndirir. Rejissorun insan obrazını hadisələrdən keçirib yaratmaq bacarığı əksər epizodlarda uğurlu həllini tapıb. Neftçilərin yanğınla mübarizəsi epizodu bu mənada təkrarsızdır. R.Karmen eyni zamanda iri planın ifadə imkanlarından yetərincə yararlanır, bu üsulla qəhrəmanlarını tamaşaçılara təqdim edir. Neftçilər özlərini kamera qarşısında sərbəst aparır, zahiri effekt xətrinə yox, reallığa uyğun şəkildə iş prosesini tamamlayırlar.

R.Karmenin yüksək rejissorluq və operatorluq mədəniyyəti, fərdi dəst-xəti, həmçinin operatorlar C.Məmmədov, A.Zenyagin və S.Medinskinin ustalığı və peşəkarlığı filmin bütün epizodlarında qabarıq görünür. Romantika və sadəliyin vəhdəti filmin qəhrəmanlarının obrazlarında bütün çalarları ilə ifadə edilib. Sənədli kinematoqrafa xas gerçəklik ekranda bütövlükdə təsdiqini tapıb. Kinematoqrafçılarla neftçilərin uzun müddət bir yerdə yaşaması, bir-birinə dərindən bələd olması filmin səmimi və inandırıcı alınmasına təkan verib. Nəticədə neftçilərin bəzək-düzəksiz, təbii hərəkətləri, çəkiliş priyomları və təsirli kinodetallar tamaşaçıların gözü qarşısında rejissor fantaziyasının məhsulu yox, lentə aldığı adamların şəhadəti kimi canlanır. Rejissor filmdə detallardan çoxplanlı və özünəxas şəkildə istifadə edir, bu təsiredici priyomun bütün imkanlarını dərindən başa düşür. Çəkilişdə müşahidə üsuluna üstünlük verən R.Karmen filmin ideyasına, mövzunun açılmasına, qəhrəmanların obrazlarının tamamlanmasına xidmət edən bütün detalları ustalıqla birləşdirməyi bacarır. Süjet xəttinə daxil edilən lirik və komik detallar materialı canlandırır, filmin daha təsirli olmasına və duyğusallıq cəhətdən zənginliyinə xidmət edir.

Bir-birinin dəst-xətinə yaxından bələd olan operatorların işi filmin kompozisiya, üslub, təsviri həll cəhətdən bütöv alınmasını şərtləndirir. Onların hər biri ayrı-ayrı kadrları, epizodları, detalları çəksələr də, mövzunun, rejissor ideyasının daşıyıcıları rolunda çıxış edirlər. Operator ustalığının üç forması – işıq həlli, kompozisiya görümü və dolğunluq filmin bütün kadrlarından qırmızı xətt kimi keçir. Məhz bu keyfiyyətlər nəticəsində rejissor filmin montajı prosesində böyük üstünlük qazanır.

«Xəzər neftçiləri haqqında dastan» filminin uğuru digər komponentlər – musiqi, səs yazılışı, diktor mətninin oxunuşu və s. ilə də bağlıdır. Diktor (L.Xmara) mətndəki ifadəliliyi və obrazlılığı təsviri görüntülərlə vəhdətdə tamaşaçıya çatdırır. Q.Qarayevin parlaq musiqisi öz dramatizmiylə filmin emosional məzmununu açmağa yardım edir. R.Behbudovun neftçilər haqqında ilhamla oxuduğu mahnı obrazları daha da bütövləşdirir. Səs operatorları A.Kərimov və A.Minçenkonun peşəkar işi filmdə təbii səs muhitinin yaranmasına xidmət edir. Epizodların tutumluluğu və lakonikliyi, kompozisiyanın aydınlığı və bütövlüyü də filmin başlıca uğurlarından biri kimi qeyd edilməlidir. Təsadüfi deyil ki, ekran əsəri sovet sənədli kinosunun ən gözəl nümunələri sırasında dünya ekranlarını dolaşdı. Xəzər neftçilərindən sənət zəfəri ilə ayrılan R.Karmen vurulduğu mövzudan əl çəkmək fikrində deyildi. O, sonrakı illər ərzində başladığı işi davam etdirmək arzusu ilə yaşayırdı. Rejissor 1958-ci ildə eyni çəkiliş qrupu ilə (bu dəfə R.Karmen ssenarini İ.Qasımovla birgə yazmışdı, yalnız qrupa rejissor Məmməd Əlili də daxil edilmişdi) Neft Daşlarında ikinci kinodastanın – «Dəniz fatehləri» tammetrajlı sənədli filminin çəkilişinə başladı.

Aradan keçən 6 il ərzində artıq Neft Daşları dəniz şəhərinə çevrilib. Qış olsa da, mədənlərdə iş davam edir. Lakin fırtınanın başlanması ilə iş dayandırılır. Neftçilər təbiətlə əlbəyaxa döyüşdədirlər. Bütün bu kadrlar dünyanın nadir neft şəhərinin gündəlik həyatıdır. Artıq əmək növbəsinə gələn yeni neftçilər nəsli ilk neft kəşfiyyatçılarının işini davam etdirir. «Dəniz fatehləri» onlar haqqında ustalıqla lentə alınmış böyük sənədli hekayətdir. «Xəzər neftçiləri haqqında dastan»la eyni həyati material üzərində qurulduğundan, eyni mövzu və üslubla birləşdiyindən «Dəniz fatehləri»ni fərqli kontekstdə götürmək olmaz. R.Karmen birinci filmdə istinad etdiyi yaradıcılıq prinsiplərini inkişaf etdirib daha da cilalayır, sənədli kinoda da gərgin dramaturgiyaya malik ekran əsərinin yaradılmasının mümkünlüyünü bir daha təsdiq edir.

Aradan keçən müddətdə R.Karmen ona tanış olan mövzu üzərində ən kiçik detallarına qədər işləmək imkanı qazandığından, materiala münasibətdə düzgün mövqe seçməyə nail olub. Birinci filmin hekayət forması ikinci filmdə yoxdur: burada əsas qəhrəman ayrı-ayrı adamlar yox, Neft Daşlarının çoxsaylı sakinləridir. Müəlliflər dəniz şəhərinin adi günlərini uğurlu detallarla ifadə edir, yumor elementlərini dramaturji və ziddiyyətlərin inkişafı ilə paralel surətdə tamaşaçıya təqdim edirlər. Həyat hadisələrinə şəxsi münasibətləri rejissorlara və operatorlara maraqlı epizodları lentə almağa imkan verib. C.Məmmədovun və S.Medınskinin yüksək peşəkarlıqla lentə aldıqları epizodlar inandırıcı və baxımlıdır.

R.Karmen yaradıcılığında müşahidələrin dəqiqliyi və zənginliyi «Dəniz fatehləri» filmində də aydın görünür. Rejissorun ideyasını həyata keçirən operatorlar hər bir xarakterdə ən təsirli detalları dəqiq görməklə parlaq və özünəməxsus portretlər qalereyası yaradıblar. Təbiətlə insan arasındakı mübarizə böyük bədii qüvvə ilə aşkara çıxır, bütövlükdə obraza çevrilir. Rejissor və operatorlar öz qəhrəmanlarını təkcə müşahidə etməklə kifayətlənmir, onların səsini, düşüncələrini də eşidirlər. Bu cəhətdən filmdəki sinxron çəkilişlər «kinoreportaj» effekti daşıyır. «Dəniz fatehləri»ndə sözçülükdən imtina edən rejissor obrazın musiqi ilə yaradılmasına böyük üstünlük verir. Q.Qarayevin musiqisi filmə güclü dramatik pafos və milli koloritlə yüklənmiş intonasiya gətirir, epizodların təsirliliyini dərinləşdirir, sadəliyi və melodikliyi ilə fərqlənir. Y.Dolmatovskinin sözlərinə yazılmış mahnılar da məhz obrazların dolğunluğuna xidmət edir. R.Karmen filmin musiqisi haqqında deyirdi: «Mən Qarayevlə böyük sevinclə işləyirdim, hiss edirdim ki, nəhəng istedadla rastlaşmışam. Qara Qarayevin musiqisi iliyinə qədər millidir, o öz respublikasının, öz xalqının vurğunudur. Bununla yanaşı, onun yaradıcılığı hədsiz beynəlmiləldir».

«Dəniz fatehləri» filmi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirilərək əsl sənət hadisəsinə çevrildi. «Xəzər neftçiləri haqqında dastan» və «Dəniz fatehləri» filmləri 1960-cı ildə Lenin mükafatına layiq görüldü.

Roman Karmenin yaratdığı dəniz neftçilərinin gerçək həyatı, parlaq və unudulmaz portretləri bu gün də sənədli kino tarixində öz yüksək yerini qoruyub saxlayır.

Elmina Muxtarlı

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20