Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, fonddan bildirilib ki, qalib layihələrə 300 000 manatadək məbləğdə maliyyə ayrılır. Layihədə 3–5 nəfərlik elmi yaradıcı kollektivlər iştirak edə bilər. Layihənin icra müddəti maksimum 2 il olmalıdır.
Müraciətlər aprelin 9-dək qəbul edilir.
Çap sənədlərinin qəbulu aprelin 10-dək aparılır.
Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim olunur.
Texniki problemlərlə qarşılaşmamaq üçün təqdimatı son günlərə saxlamamaq tövsiyə edilir.
Ətraflı məlumat: www.aef.gov.az saytında və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.

