Təhsil 365 - Logo Mobile

BMU-da Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası açılıb

7719.02.2026 - 16:53
BMU-da Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası açılıb

Bakı Mühəndislik Universitetində (BMU) Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası istifadəyə verilib. Ali təhsil müəssisələri arasında nadir elmi-tədris mərkəzlərindən olan yeni laboratoriya biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, eyni zamanda tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına geniş imkanlar yaradacaq.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə universitetdən məlumat verilib. Rektor Yaqub Piriyev bildirib ki, beynəlxalq standartlara cavab verən belə bir laboratoriyanın yaradılması universitetin strateji inkişaf proqramının tərkib hissəsi olmaqla, biotexnologiya və digər bioloji elmlər sahəsində aparılan elmi araşdırmaların keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək. Rektor son iki ildə BMU-da biotexnologiya ixtisasına qəbul aparıldığını, bu sahəni seçən tələbələrin 515-dən yuxarı bal topladığını vurğulayaraq, universitetdə laboratoriya infrastrukturunun gücləndirilməsinin rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə töhfə verəcəyinə inandığını deyib. Yaqub Piriyev əlavə edib ki, laboratoriya gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi üçün də platforma rolunu oynayacaq. Habelə universitet alimlərinin beynəlxalq proqramlarda iştirak imkanlarını artıracaq və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə zəmin yaradacaq.

Sonra Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev çıxış edib. Çıxışda bildirilib ki, laboratoriyanın istifadəyə verilməsi ölkədə elmi potensialın gücləndirilməsi və innovativ tibbi tədqiqatların inkişafı baxımından əhəmiyyət daşıyır. Yaradılan infrastruktur gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarının artırılmasına, elmi nəticələrin tətbiq imkanlarının genişləndirilməsinə və müasir tədqiqat mühitinin formalaşdırılmasına xidmət edəcək.

Çıxışların ardınca laboratoriya ilə tanışlıq olub. Bildirilib ki, laboratoriyada bioloji nümunələrin analizində yüksəksürətli soyuduculu sentrifuqa, mikroorqanizm və hüceyrə kulturlarının yetişdirilməsi üçün istilik inkubatoru, materialların saxlanması məqsədilə dərin dondurucu, hüceyrə strukturlarının parçalanması, biomolekulların çıxarılması üçün ultrasəs homogenizatoru, dəqiq müşahidə, habelə rəqəmsal sənədləşdirmə imkanı verən flüoresent trinokulyar mikroskop və digər müasir avadanlıqlar quraşdırılıb. Laboratoriya bioloji nümunələrin kompleks analizi, hüceyrə və mikroorqanizmlərin tədqiqi, eləcə də ən aktual araşdırmaların aparılması baxımından strateji əhəmiyyətə malik elmi müəssisə kimi fəaliyyət göstərəcək.

Mehriban İbadova

Xəbər Lenti

İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15
“MATRIX” adlı multidisiplinar qrup sərgisinin açılışı olub19.02.2026 - 19:10
Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü19.02.2026 - 19:00
Yaponiya daha çox xarici tələbə cəlb etmək istəyir19.02.2026 - 18:54
Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir19.02.2026 - 18:46
BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək19.02.2026 - 18:40
Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə - 31 rayonda 12 mindən çox nöqtədə monitorinq aparılıb19.02.2026 - 18:26
Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub19.02.2026 - 18:20
Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi yenidən qurulub19.02.2026 - 18:10
Beynəlxalq Muğam Mərkəzində Ramiz Quliyevin xatirə gecəsi keçirilib19.02.2026 - 18:05
Əmək bazarında yaranan dəyişikliklər peşə ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi zərurətini yaradır19.02.2026 - 17:56
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb19.02.2026 - 17:50
GDU-da 4 elmi müəssisənin fəaliyyətinin uyğunlaşdırılması müzakirə olunub 19.02.2026 - 17:45
UNEC və Qırğız Milli Universiteti arasında magistratura üzrə ikili diplom proqramı icra olunacaq19.02.2026 - 17:40
TAU-da universitetlərlə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb19.02.2026 - 17:30
Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar19.02.2026 - 17:25
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək19.02.2026 - 17:20
Süni intellekt çağında folklor: ənənələrin transformasiyası müzakirə olunub19.02.2026 - 17:12
"Ulduz” jurnalının növbəti nömrəsi ADPU-da təqdim edilib19.02.2026 - 17:04
Regionlar üzrə peşə təhsili alanların sayı açıqlanıb19.02.2026 - 16:42
Rəqəmsal transformasiya şəraitində distant təhsilin elmi-nəzəri əsasları sistemli araşdırılır19.02.2026 - 16:32
ETN 143 təhsil müəssisəsinin mühafizəsinə yeddi milyon manat xərcləyəcək19.02.2026 - 16:24
Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir19.02.2026 - 16:19
Emin Əmrullayev ICESCO-nun Baş qərargahına səfər edib19.02.2026 - 16:12
DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub19.02.2026 - 16:07
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı” Dövlət İmtahan Mərkəzi19.02.2026 - 16:00
Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub19.02.2026 - 15:55
UNEC və Qırğız Milli Universiteti arasında müqavilə imzalanıb19.02.2026 - 15:48
Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib19.02.2026 - 15:41
Azərbaycanda tələbə liseyə direktor təyin olundu19.02.2026 - 15:29
Təbii işığın çatışmazlığı gənclərin gözünü zədələyir19.02.2026 - 15:24
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib19.02.2026 - 15:19
BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb19.02.2026 - 15:12
Kamal Abdullanın “Ruh”u tamaşaya qoyuldu19.02.2026 - 15:07
“Tamştatlı müəllim" modeli nə vaxt tətbiq ediləcək? 19.02.2026 - 15:00
Məktəbdə elm-təhsil müzakirə olunmalıdır, baş örtüyü yox19.02.2026 - 15:00
Tələbə kreditlərinə müraciətlər artıb: qızlar çoxdur19.02.2026 - 14:46
Musiqi müəllimlərinin sertifikasiyası necə keçiriləcək? - DETALLAR19.02.2026 - 14:35
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 14:24
Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 14:12
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb19.02.2026 - 14:00
Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub19.02.2026 - 14:00
Dövlət İmtahan Mərkəzində dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib - FOTO19.02.2026 - 13:54
Məktəblərdə hərbi rəhbərin işə qəbulu üçün test imtahanı keçirilib - FOTO19.02.2026 - 13:50