Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ulduz” jurnalının Türk dünyasına həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
ADPU-nun Filologiya fakültəsi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində fakültənin professor-müəllim heyəti, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxış edərək türk xalqlarının ortaq ədəbi-mədəni irsinin təbliği, müasir ədəbi proseslərin işıqlandırılmasının vacibliyini vurğulayıb və qarşılıqlı ədəbi əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini söyləyib.
“Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs çıxışı zamanı tədbir iştirakçılarına buraxılışın ideya və hazırlanma məqsədi haqqında məlumat verib, gənc şairlərə yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra gənc şairlərin çıxışları dinlənilib və tədbir diskussiya formasında davam edib

