Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetində (TAU) olub.
Universitetdən “Tehsil365"ə bildirilib ki, səfirlə görüşən TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və proqram rəhbərləri universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə səfirə ətraflı məlumat verib.
Görüş zamanı Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq TAU-da görüləcək işlər, eləcə də Azərbaycan Milli Qida Texnologiyaları Platforması üzrə universitetlərlə birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi olan TAU-nun yaradılmasının ikinci ildönümündə universiteti ziyarət etməkdən məmnunluğunu ifadə edən səfir Birol Akgün burada görülən işləri və həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.

