Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) geniş tərkibdə hesabat-seçki yığıncağı keçirilib. Hesabat yığıncağında BMA-nın prezidenti akademik Boris Qusev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.
Azərbaycan Mühəndislik Akademiyasından “Tehsil365"ə bildirilib ki, vitse-prezident akademik Əhəd Canəhmədov Akademiyada görülən işlər haqqında məruzə ilə çıxış edib.
Müzakirələr yekunlaşdıqdan sonra BMA-nın rəhbərliyinə gizli seçkilər aparılıb. Beynəlxalq Mühəndislik Akademiyasına yenidən yekdilliklə akademik Boris Qusev prezident seçilib.
Azərbaycandan Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayev yekdilliklə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib. Akademik Əhəd Canəhmədov BMA-nın Prezidentlər Şurasının üzvü seçilib.
Yekunda BMA-ya yeni həqiqi və müxbir üzvlər seçkisi aparılıb.

