Təhsil 365 - Logo Mobile

Beynəlxalq Muğam Mərkəzində Ramiz Quliyevin xatirə gecəsi keçirilib

6119.02.2026 - 18:05
Beynəlxalq Muğam Mərkəzində Ramiz Quliyevin xatirə gecəsi keçirilib

Fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə Ramiz Quliyevin Azərbaycan musiqi sənətində müstəsna xidmətlərindən danışıb.

O bildirib: “Ramiz Quliyev Azərbaycan tar ifaçılığı məktəbinin parlaq simalarından biridir. Onun çoxşaxəli yaradıcılığı təkcə ifaçılıqla məhdudlaşmayıb, həm də pedaqoji və elmi fəaliyyəti ilə zəngin olub. Sənətkarın irsi gələcəkdə də geniş araşdırılacaq, ona həsr olunan elmi işlər, dissertasiyalar və məqalələr davam etdiriləcək. Çünki belə sənətkarların yaradıcılığı tükənməz xəzinədir”.

Tədbirdə çıxış edən Xalq artisti, professor Siyavuş Kərimi, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin zəngin yaradıcılıq yolundan, Azərbaycan tar ifaçılığı məktəbinin formalaşması və təkmilləşməsində göstərdiyi xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, sənətkarın çoxillik pedaqoji fəaliyyəti nəticəsində yeni ifaçılar nəsli yetişib. Onun səhnə mədəniyyəti, repertuar seçimi və interpretasiya üslubu bu gün də gənc musiqiçilər üçün nümunədir.

Gecədə Əməkdar artistlər Ramil Qasımov, Vüsal İsgəndərzadə, Qoçaq Əsgərov, Bəyimxanım Vəliyeva, Mərkəzin solistləri Kamal Nuriyev, Elgiz Əliyev və digərləri çıxış ediblər.

Ramiz Quliyevin oğlu, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, onun sənət prinsipləri və yaradıcılıq irsindən söz açıb.

Gecəni Mərkəzin solisti, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Ansamblın tərkibində tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada isə Amil Mustafayev çıxış ediblər.

Konsert proqramında sənətkarın repertuarından seçilmiş əsərlər və Azərbaycan bəstəkarlarının kompozisiyaları səsləndirilib.

Xatirə gecəsi Ramiz Quliyevin zəngin sənət yoluna ehtiramın ifadəsi olmaqla yanaşı, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdar hadisə kimi qiymətləndirilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

İngiltərədə məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün birbaşa dəstək verəcək19.02.2026 - 20:00
İlk dəfə iki azərbaycanlı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub19.02.2026 - 19:30
Məktəblərdə psixoloji dəstək mexanizmləri yetərlidirmi? – Mütəxəssis açıqladı19.02.2026 - 19:20
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub19.02.2026 - 19:15
“MATRIX” adlı multidisiplinar qrup sərgisinin açılışı olub19.02.2026 - 19:10
Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü19.02.2026 - 19:00
Yaponiya daha çox xarici tələbə cəlb etmək istəyir19.02.2026 - 18:54
Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir19.02.2026 - 18:46
BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək19.02.2026 - 18:40
Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə - 31 rayonda 12 mindən çox nöqtədə monitorinq aparılıb19.02.2026 - 18:26
Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub19.02.2026 - 18:20
Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi yenidən qurulub19.02.2026 - 18:10
Əmək bazarında yaranan dəyişikliklər peşə ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi zərurətini yaradır19.02.2026 - 17:56
BANM tələbələrinə yeni təqaüd kartları paylanılıb19.02.2026 - 17:50
GDU-da 4 elmi müəssisənin fəaliyyətinin uyğunlaşdırılması müzakirə olunub 19.02.2026 - 17:45
UNEC və Qırğız Milli Universiteti arasında magistratura üzrə ikili diplom proqramı icra olunacaq19.02.2026 - 17:40
TAU-da universitetlərlə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb19.02.2026 - 17:30
Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar19.02.2026 - 17:25
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək19.02.2026 - 17:20
Süni intellekt çağında folklor: ənənələrin transformasiyası müzakirə olunub19.02.2026 - 17:12
"Ulduz” jurnalının növbəti nömrəsi ADPU-da təqdim edilib19.02.2026 - 17:04
BMU-da Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası açılıb19.02.2026 - 16:53
Regionlar üzrə peşə təhsili alanların sayı açıqlanıb19.02.2026 - 16:42
Rəqəmsal transformasiya şəraitində distant təhsilin elmi-nəzəri əsasları sistemli araşdırılır19.02.2026 - 16:32
ETN 143 təhsil müəssisəsinin mühafizəsinə yeddi milyon manat xərcləyəcək19.02.2026 - 16:24
Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir19.02.2026 - 16:19
Emin Əmrullayev ICESCO-nun Baş qərargahına səfər edib19.02.2026 - 16:12
DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub19.02.2026 - 16:07
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı” Dövlət İmtahan Mərkəzi19.02.2026 - 16:00
Gənc alim və tədqiqatçılar üçün 10-cu qrant müsabiqəsi elan olunub19.02.2026 - 15:55
UNEC və Qırğız Milli Universiteti arasında müqavilə imzalanıb19.02.2026 - 15:48
Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib19.02.2026 - 15:41
Azərbaycanda tələbə liseyə direktor təyin olundu19.02.2026 - 15:29
Təbii işığın çatışmazlığı gənclərin gözünü zədələyir19.02.2026 - 15:24
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib19.02.2026 - 15:19
BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb19.02.2026 - 15:12
Kamal Abdullanın “Ruh”u tamaşaya qoyuldu19.02.2026 - 15:07
Məktəbdə elm-təhsil müzakirə olunmalıdır, baş örtüyü yox19.02.2026 - 15:00
“Tamştatlı müəllim" modeli nə vaxt tətbiq ediləcək? 19.02.2026 - 15:00
Tələbə kreditlərinə müraciətlər artıb: qızlar çoxdur19.02.2026 - 14:46
Musiqi müəllimlərinin sertifikasiyası necə keçiriləcək? - DETALLAR19.02.2026 - 14:35
Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb19.02.2026 - 14:24
Sabahdan direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır19.02.2026 - 14:12
Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub19.02.2026 - 14:00
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb19.02.2026 - 14:00
Dövlət İmtahan Mərkəzində dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib - FOTO19.02.2026 - 13:54
Məktəblərdə hərbi rəhbərin işə qəbulu üçün test imtahanı keçirilib - FOTO19.02.2026 - 13:50